Monthly salary
₼800+
- Experience
- 1 ildən 3 ilə qədər
- Category
- HR
About this role
İşin məzmunu – Qala qəsəbəsində yerləşən anbarımıza mebel və tədbirdə istifadə olunan avadanlıqların düzgün saxlanılması, ardıcıllıq və səliqə ilə yerləşdirilməsi, qeydiyyat və təhvil-təslim proseslərinə nəzarət edilməsi, bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək üçün Anbardar axtarılır.
- Mebel, tədbir və sərgi avadanlıqlarının anbarda qəbulu, saxlanması, qeydiyyatı və təhvil-təslim proseslərinə nəzarət etmək
- Sifarişlərə uyğun olaraq avadanlıqların düzgün toplanması, komplektləşdirilməsi və hazırlanmasını təmin etmək
- Tədbirlər üçün nəzərdə tutulmuş masa, stul, podium, səhnə avadanlıqları, stendlər, baryerlər və digər inventarların səliqəli saxlanılmasına nəzarət etmək
- Anbar inventarlarını daim yeniləmək və qeydiyyatını aparmaq
- 1C proqramında anbar hesabatlarını və qeydiyyatlarını aparmaq
- Avadanlıqların zədələnməsi, itirilməsi və ya natamam qaytarılması hallarında müvafiq rəhbərliyə məlumat vermək
- Anbar təhlükəsizlik qaydalarına və daxili prosedurlara riayət etmək
- Aylıq anbar qalıq hesabatlarını rəhbərliyə təqdim etmək
- İş qrafiki: Həftənin 1-6-cı günü, saat 09:00-dan 18:00-dək
- Tam rəsmi, AR Əmək Məcəlləsi əsasında
- Yalnız tələblərə cavab verən namizədlərdən 0504087787 nömrəsinin WhatsApp tətbiqinə və ya [email protected] email ünvanına CV göndərmələri xahiş olunur
- Əmək haqqı: 800 AZN
- Anbarın ünvanı: Xəzər rayonu, Qala qəsəbəsi
Namizədə tələblər
- Bu sahə üzrə minimum 1 il iş təcrübəsi
- Cinsi: Bəy
- Dil bilikləri: Azərbaycan və Rus dili
- 1C, Microsoft Word və Microsoft Excel proqramlarında işləmə bacarığı
- Yaxşı fiziki vəziyyət və orta ağırlıqlı yükləri qaldırma qabiliyyəti
- Detallara diqqətli, məsuliyyətli və operativ olması
- Komandada işləmək bacarığı
Bu vakansiya əvvəl də yerləşdirilib:
- 19 iyun 2026 (bu elan) · boss.az
- 19 iyun 2026 · boss.az