A Azera HoldingAzera Holding

Aparıcı mühasib

Posted 19 h ago Source
Finance
Monthly salary
₼1,500+
Application deadline
15 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

“AZERA Holding” tərkibində fəaliyyət göstərən AzEmal MMC üçün Aparıcı mühasib vakansiyasını elan edir. 

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun düzgün və tam şəkildə aparılmasını təmin etmək;
  • Gündəlik maliyyə əməliyyatlarının mühasibat proqramında vaxtında əks etdirilməsinə nəzarət etmək;
  • Bank, kassa, debitor və kreditor əməliyyatlarının uçotunu aparmaq;
  • Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər ilkin sənədlərin hazırlanmasını və yoxlanılmasını təmin etmək;
  • Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər işçi ödənişlərini hesablamaq;
  • Aylıq, rüblük və illik vergi, statistika və digər dövlət hesabatlarını hazırlamaq və təqdim etmək;
  • Maliyyə hesabatlarını (Balans, Mənfəət və Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Hesabatı və s.) hazırlamaq;
  • Əsas vəsaitlərin, amortizasiyanın, ehtiyatların və digər aktivlərin uçotunu aparmaq;
  • Vergi və digər dövlət qurumlarından daxil olan sorğuların cavablandırılmasını təmin etmək;
  • Audit yoxlamaları zamanı tələb olunan sənədləri hazırlamaq və auditorlarla əməkdaşlıq etmək;
  • Baş mühasibə və maliyyə rəhbərliyinə hesabatlar təqdim etmək;
  • Mühasibatlıq proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək.

Tələblər: 

  • Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat üzrə ali təhsil;
  • Azərbaycan dili mütləq, rus dilində bilməsi üstünlükdür.
  • Kompyuter proqramlarının biliyi: 1C (İstehsal), istehsal hesabatlarının aparılması, məhsulun maya dəyərinin hesablanması və kalkulyasiyası, əməkhaqqı modulu ilə işləmək, anbar uçotu, DSMF, ƏDV (VAT), vergi və statistika hesabatlarının hazırlanması, MS Office (xüsusilə Excel), ERP sistemləri, e-taxes.gov.az, e-sosial.az, e-gov.az və internet bankçılıq sistemləri ilə sərbəst işləmək bacarığı.
  • Mühasibatlıq sahəsində minimum 3-5 il, Aparıcı mühasib kimi isə ən azı 2 il iş təcrübəsi (İstehsalat sahəsində təcrübə üstünlükdür).
  • AR Vergi Məcəlləsi və MHBS üzrə yüksək səviyyədə biliklər, 1 C 8.3 
  • Yüksək analitik düşünmə, detallara diqqət, komandada işləmək bacarığı və gərgin iş rejimində son tarixlərlə (deadline) işləmək qabiliyyəti:

İş şərtləri: 

  • Əmək haqqı: 1500 AZN
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
  • İş yeri: Hövsan ŞTQ, Yeni Bahar qəsəbəsi.
  • 6 günlük iş qrafiki.

Uygun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməniz xahiş edilir.

A Azera Holding
Azera Holding
Maliyyə və sığorta fəaliyyəti

Similar jobs

See all