Aparıcı mütəxəssis (Ekologiya üzrə)
About this role
Təsvir
· Müəssisənin fəaliyyətinin Azərbaycan Respublikasının ekoloji qanunvericiliyinə və normativlərinə tam uyğunluğunu təmin etmək;
· Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) və Dövlət Statistika Komitəsinə təqdim olunan rüblük və illik ekoloji hesabatları (2-TG hava, su, tullantı) vaxtında tərtib və təsdiq etmək;
· İstehsalat və məişət tullantılarının toplanması, çeşidlənməsi, saxlanılması və lisenziyalı podratçı şirkətlər tərəfindən daşınması prosesini tam idarə etmək;
· ISO 14001 (Ətraf Mühitin İdarə Edilməsi Sistemi) tələblərini sahədə tətbiq etmək, sənədləşməni yaratmaq və daxili auditləri həyata keçirmək;
· İstehsalat sahələrində mütəmadi ekoloji monitorinqlər aparmaq, atmosferə atılan tullantıların, çirkab sularının və səs-küyün ölçülməsini təşkil etmək;
· Müəssisə üçün ekoloji pasportların, tullantı limitlərinin və digər icazə sənədlərinin hazırlanmasını, dövlət orqanları ilə razılaşdırılmasını idarə etmək;
· Şirkət işçilərinə ətraf mühitin mühafizəsi, tullantıların idarə edilməsi və ekoloji təhlükəsizlik mövzularında daxili təlimlər və təlimatlandırmalar vermək;
· Baş verə biləcək ekoloji qəzaları (məsələn, kimyəvi sızmalar) araşdırmaq, köklü səbəblərini tapmaq və təkrar olunmaması üçün qabaqlayıcı tədbirlər görmək;
· SƏTƏM komandasına aidiyyatı məsələlərdə dəstək göstərmək.
Tələblər
· Ekologiya, Ətraf mühitin mühafizəsi, Kimya mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
· Ekologiya və ətraf mühitlə bağlı sahədə minimum 3 il iş təcrübəsi;
· MS Office proqramlarında (Excel, Word) sərbəst hesabat yazmaq bacarığı;
· ISO 14001 Ətraf Mühitin İdarəetmə Sistemi üzrə bilik və praktiki təcrübə;
· Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı;
· Zabrat, Sumqayıt və yaxın ərazilərdə yaşayanlara üstünlük veriləcək.
"Zireh" Məhdud Məsuliyyətli Cəmiyyəti " Azərsilah" Qapalı Səhmdar Cəmiyyətinə tabe müəssisə. Qabaqcıl korporativ idarəetmə təcrübəsi tətbiq edilməklə rəqabətə davamlılığının, maliyyə-təsərrüfat…