Baku Agropark MMC Avtokar operatoru
About this role
Baku Agropark MMC-dən vakansiya: Avtokar operatoru tələb olunur
Vəzifə öhdəlikləri:
– Təhlükəsizlik qaydalarına riayət edərək daşımaları yerinə yetirmək;
– Mövcud nəqliyyat vasitələrini müəyyən edilmiş yerlərdə yükləmək və boşaltmaq;
– Xammalı və digər materialların saxlama anbarları, istehsal xətləri və maşınlara daşımaq;
– Təhlükəli və təhlükəsiz materialların daşıması zamanı müəyyən olunmuş təhlükəsizlik qaydalarına riayət etmək;
– Təhkim edilmiş nəqliyyatı işlək və təmiz vəziyyətdə saxlamaq, istifadədən öncə nəqliyyata vizual baxış keçirmək, aşkar etdiyi bütün nasazlıqlar haqqında Texniki işlər üzrə Sahə rəisinə məlumat vermək;
– Texnikada aşkarlanan kiçik texniki problemləri aradan qaldırmaq;
– Birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqların icrasını yerinə yetirmək.
– Cəmiyyət tərəfindən qəbul olunmuş daxili əmək intizamı qaydalarını yerinə yetirmək;
Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: Avtokar operatoru kimi minimum 3 il iş təcrübəsi
– Cins: Bəy namizədlər
– Yaş həddi: 20–50 arası namizədlər
– Sürücülük vəsiqəsi
– Müvafiq texnikanı idarə etmək üçün sertifikat (vəsiqə);
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş yeri: Zirə qəsəbəsi
– İş yerinə gediş-gəliş servislə təmin olunur;
– Nahar şirkət tərəfindən təmin olunur
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 750 manat NET təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Avtokar operatoru” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
