MTM
Monthly salary
Salary negotiable
- Category
- Education
About this role
Tələbələrə uyğun vakansiya!
İş şəraiti
- Format: Tam onlayn (distant), videoəlaqə
- İş rejimi: Dərs cədvəlinə uyğun
- Tədris dili: Azərbaycan dili
- Əmək haqqı: Faiz əsaslı gəlir modeli
Hansı müəllimi axtarırıq
- Azərbaycan dilini uşaqlara sadə dildə izah edən və onlayn dərsdə şagirdin diqqətini saxlamağı bacaran müəllim axtarırıq. 3-8-ci siniflərlə işləmək, monitorinq və lisey qəbul imtahanlarına hazırlıq təcrübəsi olanlara üstünlük veririk.
Əsas vəzifələr
- 3-8-ci sinif şagirdlərinə onlayn Azərbaycan dili dərslərinin keçirilməsi
- 4-cü və 6-cı sinif monitorinq imtahanına hazırlıq
- Lisey və gimnaziyaların qəbul imtahanına hazırlıq
- Qrammatika, oxu və yazı bacarıqları üzrə dərslərin aparılması
- Dərs materiallarının və tapşırıqların hazırlanması
- Şagirdlərin irəliləyişinin izlənməsi və valideynlərə müntəzəm məlumat verilməsi
Tələblər
- 20-23 yaş bakalavr və ya magistr tələbəsi (Azərbaycan dili və ədəbiyyatı və ya filologiya ixtisası mütləqdir)
- İbtidai və orta sinif Azərbaycan dili proqramına yaxşı bələdlik
- Onlayn dərs üçün sabit internet, mütləq kompüter
- Zoom və ya Google Meet, eləcə də rəqəmsal lövhə ilə işləmək bacarığı
- Uşaqlarla səbirli və aydın ünsiyyət
- Tədris təcrübəsi üstünlükdür; təcrübəsi az olan güclü namizədlərə də baxılır
Maraqlanan namizədlər CV-lərini “Müraciət et” düyməsində qeyd olunan formu doldurub göndərə bilərlər. Mövzu hissəsində “Azərbaycan dili Müəllimi” yazın.