Omnivision MMC B2B Satış Mütəxəssisi
Posted 20 h ago Source ↗
Category Customer Service
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
OmniVision MMC təhlükəsizlik sistemləri sahəsində fəaliyyət göstərən və UNV (Uniview) brendinin Azərbaycandakı rəsmi distribyutorudur.
Komandamıza enerjili, nəticəyönümlü və inkişaf etməyə həvəsli B2B Satış Mütəxəssisi axtarırıq.
Vəzifə öhdəlikləri
- Mövcud korporativ müştərilərlə əlaqələrin idarə olunması və inkişaf etdirilməsi;
- Yeni korporativ müştərilərin cəlb edilməsi;
- Müştəri ehtiyaclarının müəyyən edilməsi və uyğun həllərin təqdim olunması;
- Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
- Satış planının icrasının təmin edilməsi;
- Müştəri bazasının genişləndirilməsi və davamlı inkişaf etdirilməsi.
Tələblər
- Ancaq bəy namizədlər;
- CCTV, təhlükəsizlik kameraları, Access Control və digər təhlükəsizlik sistemləri sahəsində minimum 1 il korporativ satış təcrübəsi;
- Güclü ünsiyyət və təqdimat bacarıqları;
- Danışıqlar aparmaq və müştərilərlə uzunmüddətli münasibətlər qurmaq bacarığı;
- Azərbaycan dilində sərbəst şifahi və yazılı ünsiyyət bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.
Təklif edirik
- Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq 700–1000 AZN;
- Satış nəticələrinə əsasən bonus sistemi;
- Karyera inkişafı imkanları;
- Peşəkar və dinamik iş mühiti;
- Məhsul və satış üzrə peşəkar təlimlər.
CV-lərinizi mövzu hissəsində "B2B Satış mütəxəssisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz

Omnivision MMC
İnformasiya və kommunikasiya
Omnivision MMC hüquqi və fiziki şəxslərə təhlükəsizlik sistemləri üzrə kompleks həllər təqdim edən texnoloji şirkətdir. Şirkət videomüşahidə sistemləri, şəbəkə və server avadanlıqları, giriş-çıxış…