Az Protein Foods Group MMC Bağban
About this role
Az Protein Foods Group MMC-dən vakansiya: Bağban tələb olunur
Vəzifə öhdəlikləri:
– Müəssisənin yaşıllıq sahələrinə gündəlik qulluq göstərilməsi;
– Ağac, kol, gül və digər dekorativ bitkilərin əkilməsi və becərilməsi;
– Bitkilərin suvarılması, gübrələnməsi və mövsümə uyğun qulluq işlərinin aparılması;
– Ağac və kolların budanması, qurumuş bitkilərin və budaqların yığışdırılması;
– Qazon sahələrinin biçilməsi və səliqədə saxlanılması;
– Ərazinin yarpaq, ot, məişət tullantıları və digər zibillərdən mütəmadi təmizlənməsi;
– Toplanmış tullantıların müəyyən edilmiş yerlərə daşınması və atılması;
– Ərazinin təmizliyi, zibillərin yığılması və atılması;
– Rəhbərlik tərəfindən verilən yaşıllaşdırma və əraziyə qulluqla bağlı digər işlərin yerinə yetirilməsi.
Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: 1 ildən 3 ilə kimi
– Yaş həddi: 30–50 arası namizədlər
– Fiziki cəhətdən sağlam olmaq;
– Məsuliyyətli, intizamlı və səliqəli olmaq;
– Komandada işləmək bacarığı;
– Bağban və ya əraziyə qulluq sahəsində iş təcrübəsi arzuolunandır;
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş yeri: Müəssisə Buzovna qəsəbəsində yerləşir
– Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 500-550 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Bağban” yazaraq (051)213-53-75 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
