Balique Fish Market Balıqçı
About this role
Balique Fish Market-dan vakansiya: Balıqçı tələb olunur
Vəzifə öhdəlikləri:
– Müştərilərin istəyi ilə balıqların təmizlənməsi və doğranılması
– Balığın pulcuqlarının təmizlənməsi.
– Balığın içalatının çıxarılması və yuyulması.
– Balığın növünə uyğun şəkildə doğranması və file halına salınması.
– Təmizlənmiş məhsulun çeşidlənməsi və qablaşdırılmaya hazırlanması.
– Is yerinin, alət və avadanlıqların təmiz saxlanılması.
– Sanitariya-gigiyena və təhlükəsizlik qaydalarına riayət edilməsi.
– Rəhbərliyin verdiyi digər istehsalat tapşırıqlarının yerinə yetirilməsi.
Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: 1 ilə kimi
– Cins: Bəy namizədlər
– Yaş həddi: 20–50 arası namizədlər
– Azərbaycan dilində səlis danışıq bacarığı
– Ünsiyyət və problem həll etmə bacarığı
– Stressə davamlılıq və komandada işləmək bacarığı
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 18:00-kimi
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 800 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Balıqçı” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
