Balıqşünas
About this role
Siyəzən Broyler ASC-dən vakansiya: Balıqşünas tələb olunur
Vəzifə öhdəlikləri:
– Balıqların müəyyən olunmuş qrafikə uyğun yemlənməsini təmin etmək;
– Süni su hövzələrinin, hovuzların və qəfəslərin təmizliyini və dezinfeksiyasını həyata keçirmək;
– Balıq ovu prosesində istifadə olunan avadanlıqları hazırlamaq və düzgün istifadə etmək;
– Tutulan və ya yetişdirilən balıqları çeşidləmək və keyfiyyətinə nəzarət etmək;
– Balıq məhsullarının düzgün temperatur rejimində saxlanılmasına nəzarət etmək;
– Balıqların sağlamlıq vəziyyətini müşahidə etmək və aşkar olunan problemlər barədə rəhbərliyə məlumat vermək;
– Gündəlik iş planına uyğun tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
– İş prosesində təhlükəsizlik və sanitariya qaydalarına əməl etmək.
Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: Minimum 6 ay iş təcrübəsi
– Cins: Bəy və Xanım namizədlər
– Yaş həddi: 20–40 arası namizədlər
– Fiziki cəhətdən sağlam olmaq;
– Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
– Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək.
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 18:00-kimi
– İş yeri: Siyəzən rayonu
– Nahar şirkət tərəfindən təmin olunur.
– Servis xidməti şirkət tərəfindən təmin olunur.
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 500 manat NET təşkil edir (artan əmək haqqı)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Balıqşünas” yazaraq [email protected] epoçt ünvanına ya da (055)500-54-12 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil