Absheron Hospitality Group MMC Barmen
About this role
Əsas öhdəliklər:
Müəssisənin menyusuna uyğun olaraq spirtli və spirtsiz içkiləri hazırlamaq və müştərilərə təqdim etmək;
Müştərilərə içkilər barədə məlumat vermək və onlara seçim etməkdə kömək etmək;
Bar sahəsinin təmizliyini və səliqəsini təmin etmək;
Bar avadanlıqlarından düzgün istifadə etmək və onların işlək vəziyyətdə olmasını nəzarətdə saxlamaq, iş vaxtında bar inventarının qorunmasına cavabdeh olmaq;
Bar məhsullarının (içkilər, buz, meyvələr və s.) ehtiyatına nəzarət etmək və çatışmazlıq barədə rəhbərinə məlumat vermək;
Müştərilərlə nəzakətli və peşəkar davranmaq, xidmət keyfiyyətini yüksək səviyyədə saxlamaq;
Buz, meyvə, sirop, içki və digər məhsulların hazırlanmasını və ehtiyatını təmin etmək;
Anbardan məhsulların götürülməsi və bar sahəsində yerləşdirilməsini təmin etmək;
Soyuducuların və vitrinlərin doluluğunu nəzarətdə saxlamaq;
Gün sonunda bar sahəsinin ümumi təmizliyini həyata keçirmək;
Vəzifə üzrə əsas tələblər:
Müvafiq sahədə 1-2 il iş təcrübəsinin olması;
Operativ və çevik olmaq;
Komanda ilə işləmək bacarığının olması;
Effektiv ünsiyyət qurmaq bacarığının olması;
İçki reseptlərinə dair biliklərin olması;
Rus və ya İngilis dili biliklərinin olması;
CV-lər [email protected] elektron poçt ünvanına göndərilməlidir. Email göndərilərkən mövzu hissəsinə “Barmen” qeyd edilsin.
Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
