TTORSİON MMC

Baş Layihə Rəhbəri (Senior Project Manager )

Bakı Posted 53 min ago Source
5+ years Engineering
Monthly salary
Salary negotiable
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vəzifə haqqında

Şirkətimiz həyata keçirdiyi tikinti və infrastruktur layihələrinin uğurlu icrası üçün peşəkar Senior Project Manager axtarır. Bu vəzifə layihələrin planlaşdırılması, icrasına nəzarət, büdcə və vaxt qrafikinin idarə olunması, podratçıların koordinasiyası və layihənin keyfiyyət standartlarına uyğun tamamlanmasına cavabdeh olacaq.

 

İş rejimi : 09:00 dan-18:00 dək

Əmək haqqı: Müsahibə yolu ilə

 

Müraciət qaydası

Maraqlanan namizədlər CV-lərini Senior Project Manager başlığı ilə [email protected] təqdim edə bilərlər.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Öhdəliklər

  1. Tikinti layihələrinin planlaşdırılması və ümumi idarə olunmasını təmin etmək;
  2. Layihənin iş qrafikini hazırlanmasına və icrasına nəzarət etmək;
  3. Büdcənin hazırlanması, xərclərin idarə olunması və optimallaşdırılmasını təmin etmək;
  4. Layihə komandası, podratçılar və sifarişçilərlə koordinasiyanı həyata keçirmək;
  5. Tikinti işlərinin layihə sənədlərinə və texniki normalara uyğun icrasına nəzarət etmək;
  6. Riskləri müəyyən etmək, qabaqlayıcı tədbirlər hazırlamaq və icrasını təmin etmək;
  7. Layihələrin gedişi barədə rəhbərliyə müntəzəm hesabatlar təqdim etmək;
  8. Keyfiyyət, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
  9. Dəyişikliklərin idarə olunmasını və layihə sənədlərinin aktuallığını təmin etmək;
  10. Dövlət qurumları, sifarişçilər və digər maraqlı tərəflərlə işgüzar əlaqələri idarə etmək.

Tələblər

 

  1. İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
  2. Tikinti layihələrinin idarə olunması sahəsində minimum 7 il iş təcrübəsi;
  3. Tikinti norma və qaydalarını, layihə sənədlərini və texniki standartları yaxşı bilmək;
  4. MS Project, Primavera P6, AutoCAD və Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  5. Büdcə planlaşdırılması və müqavilələrin idarə olunması üzrə təcrübə;
  6. Liderlik, analitik düşüncə, qərarvermə və komanda idarəetmə bacarığı;
  7. Azərbaycan dilini mükəmməl, ingilis dili biliyi üstünlükdür.
T
TORSİON MMC

Similar jobs

See all
Apply