Baş mühasib
About this role
İş yeri: Dövlət qurumu
İş barədə məlumat:
Büdcə təşkilatının mühasibat uçotunun qanunvericiliyə uyğun aparılmasını təmin etmək;
Büdcə vəsaitlərinin, smeta xərclərinin və maliyyə əməliyyatlarının düzgün uçotunu aparmaq;
Xərclərin büdcə təsnifatı kodları üzrə düzgün əks etdirilməsinə nəzarət etmək;
Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyə və digər ödənişlərin hesablanmasını təmin etmək;
Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta və digər məcburi ödənişlər üzrə hesablamalara nəzarət etmək;
Müqavilə, akt, elektron qaimə, ödəniş sənədləri və digər maliyyə sənədlərini mühasibatlıq baxımından yoxlamaq;
Debitor və kreditor borcların uçotunu aparmaq və üzləşmə işlərini təşkil etmək;
Maliyyə hesabatlarının, dövri hesabatların və aidiyyəti qurumlara təqdim olunan məlumatların vaxtında hazırlanmasını təmin etmək;
Mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi, sistemləşdirilməsi və saxlanılmasını təmin etmək;
Rəhbərliyə maliyyə-mühasibat məsələləri üzrə zəruri məlumat və hesabatlar təqdim etmək.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş qrafiki : Tam iş vaxtı, beşgünlük iş həftəsi;
İş saatları: 09:00-18:00;
Əməkhaqqı: 600–800 manat (net).
Vəzifəyə tələblər:
Ali təhsil — maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya uyğun sahə üzrə;
Mühasibatlıq sahəsində 1 il iş təcrübəsi;
Büdcə təşkilatlarında və ya ictimai sektorda iş təcrübəsi üstünlükdür;
İctimai sektor üzrə Peşəkar Mühasib Sertifikatının olması mütləqdir;
Büdcə uçotu, smeta xərcləri, büdcə təsnifatı və maliyyə hesabatlılığı üzrə biliklər;
Əmək haqqı və digər işçi ödənişlərinin hesablanması üzrə biliklər;
MS Office proqramında işləmək bacarığı;
Elektron hesabat və maliyyə-mühasibat sistemləri ilə işləmə bacarığı.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına email-in mövzu hissəsində “Baş mühasib” yazaraq göndərə bilərlər.