U USG MMCUSG MMC

Baş mühasib

Posted 21 h ago Source
Finance
Monthly salary
₼2,500+
Application deadline
5 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vəzifələ öhdəlikləri:

  • Muhasibat şöbəsinin işini düzgün , qaydalara və qanunvericiliyə uyğun təşkil idarə etmək
  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak
  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
  • Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük/aylıq hesabatların hazırlanması
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi
  • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət
  • Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək
  • Bütün Bank əməliyyatların icra edilməsinə nəzarət
  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaqQeydiyyata alınmış müraciətləri aidiyyatı bölmələrə/şəxslərə yönləndirmək, prosesin gedişatını izləmək və ehtiyac olarsa, geri dönüş zənglərini etmək

Tələblər:

  • Bəy namizəd
  • Ali təhsil
  • 5 ildən çox Baş mühasib təcrübəsi
  • Vergi və əmək məcəlləsini yaxşı səviyyədə bilməli
  • PMS ( MHBS üzrə) arzuolunandır
  • AR qanunvericilik aktlarını və normativ hüquqi sənədlərini bilməli
  • 1C 8.3 və Office proqramlarını yüksək səviyyədə bilməli
  • Azərbaycan və Rus dili biliyi

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • 5 günlük iş qrafiki.
  • Əmək haqqı 2500-3500 AZN

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. 

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Baş mühasib” göstərməyiniz xahiş olunur

Similar jobs

See all
Apply