P Paychi GroupPaychi Group

Baş mühasib

Posted 18 h ago Source
Finance
Monthly salary
₼2,500+
Application deadline
8 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

İş şəraiti

  • Ünvan - Bakı
  • İş rejimi- Tam-ştat
  • Əməkhaqqı 2500 - 3500 AZN (Bilik və bacarıq səviyyəsinə uyğun)

Əsas öhdəliklər:

  • Maliyyə əməliyyatlarının dəqiq və vaxtında qeydə alınmasını təmin etmək üçün mühasibatlıq şöbəsinə nəzarət etmək; 
  • Bütün müvafiq hesabatları hazırlayıb və Vergi Orqanı, Statistika Komitəsinə, sosial ayırmalar və icbari sığortalar ilə bağlı məlumatları müvafiq orqanlara təqdim etmək;
  • Təşkilatın vergi öhdəliyini minimuma endirmək üçün vergi planlaşdırma strategiyalarının işlənib hazırlanması, vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi, vergi yoxlamalarının idarə edilməsi da daxil olmaqla, vergi qanunvericiliyinə və qaydalarına riayət olunmasını təmin etmək;
  • İşçilər üçün əmək haqqı ödənişlərini hesablayıb, ödəyib və bəyan etmək;
  • Vergi ilə bağlı məsələlərdə həmkarlara məsləhət vermək və işçi heyətinə müvafiq sahə üzrə təcrübə ilə bölüşüb, koordinasiya etmək;
  • Müəssisənin vergi siyasətini hazırlamaq və vergi büdcəsinin hazırlanmasında iştirak etmək;
  • Gəlirlərin vaxtında alınmasını və maliyyə və hesablaşma əməliyyatlarının, o cümlədən təchizatçı və podratçı hesablarının ödənilməsi, kreditlərin ödənilməsi, əmək haqqının ödənilməsi və ödənişlərin bank qurumlarına köçürülməsini təmin etmək;
  • 1C proqram təminatına nəzarət etmək və mühasibat uçotu metodologiyasındakı hər hansı səhv və ya anomaliyalar barədə hesabat vermək;
  • Məlumatların düzgünlüyünü və tamlığını müəyyən etmək üçün maliyyə qeydlərin nəzərdən keçirib nəzarət etmək;
  • Əməliyyatların səmərəliliyini və ya effektivliyini artıra biləcək yeni mühasibat uçotu metodlarını və ya prosedurlarını müəyyən etmək üçün araşdırmaları aparmaq;
  • Gələcək səhvlərə və ya məlumatların yanlış təfsirinə səbəb ola biləcək mühasibat prosesləri və ya prosedurları ilə bağlı problemləri müəyyən etmək;
  • Aylıq, rüblük və illik dövrün bağlanması prosesini icra etmək, o cümlədən balansın uzlaşdırılması və təhlilini aparmaq;
  • Ehtiyac olduqda büdcə və proqnozların hazırlanmasında iştirak etmək;
  • Malların gömrük rəsmiləşdirilməsi üçün brokerlə əlaqəda olmaq və dəstək göstərmək;

Tələblər

  • Yaş: 30-50
  • İş stajı - 5 il ve daha cox

Tələb olunan bilik və bacarıqlar:  

  • Maliyyə sahəsində Ali təhsil
  • AR Vergilər Məcəlləsi və qanunvericiliyi bilməli;
  • Azərbaycan Respublikasının qanunvericilik aktları;
  • ACCA sertifikatlarının olması arzu olunandır
  • PMS sertifikatlarının olması
  • müəssisədə maliyyə işinin təşkili prinsipləri;
  • maliyyə aktivlərinin, gəlirliliyinin və riskinin qiymətləndirilməsi metodları;
  • vergitutma prinsipləri və qaydası, Azərbaycan Respublikasının vergi qanunvericiliyi;
  • maliyyə və mühasibat standartları və hesabat;
  • MS Excel, MS Word, MS Outlook (əla);
  • 1C proqramı yüksək səviyyədə bilmək;
  • Gündəlik əməliyyatlarda dürüst olmaq:  hər zaman düzgün addımları düzgün yollarla atmaq;
  • Ünsiyyətqurma;
  • Stresin idarə olunması;
  • Vaxtın idarəedilməsi;

Təcrübə:

  • Minimum 3 il iş təcrübəsi
  • idarəçilik üzrə minimum 3 il təcrübə

Dil biliyi:

  • Azərbaycan dili - Ana dili
  • Rus dili-yaxşı
  • İngilis dili- üstünlükdür

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

This job is also on other sites
Ishly brings the whole market together — no need to check each site separately.
P Paychi Group
Paychi Group

Similar jobs

See all