AR Group Company MMCAR Group Company MMC

Baş Mühasib / Maliyyə Meneceri (Beynəlxalq Logistika)

Posted 21 h ago Source
Finance
Monthly salary
Salary negotiable
Application deadline
29 iyul 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Beynəlxalq avtomobil yükdaşımaları və logistika sahəsində fəaliyyət göstərən şirkətimiz komandamıza peşəkar, analitik düşüncəyə malik və yüksək məsuliyyətli Baş Mühasib / Maliyyə Meneceri dəvət edir.

Biz gündəlik uçot aparan deyil, şirkətin maliyyə idarəçiliyini gücləndirəcək, riskləri əvvəlcədən görəcək və rəhbərliyə düzgün maliyyə qərarları verməyə kömək edəcək peşəkar axtarırıq.

Əsas vəzifələr

  • Şirkətin bütün maliyyə və mühasibat uçotunun tam idarə olunması;
  • Vergi, DSMF, statistika və digər dövlət hesabatlarının hazırlanması və vaxtında təqdim edilməsi;
  • Vergi risklərinin əvvəlcədən müəyyən olunması və qanunvericiliyə uyğun idarə edilməsi;
  • Bank hesabları, internet-bankçılıq, ödənişlər və pul vəsaitlərinin hərəkətinə gündəlik nəzarət;
  • Debitor və kreditor borclarının idarə olunması;
  • Yerli və xarici tərəfdaşlarla hesablaşmaların aparılması;
  • Xarici valyuta əməliyyatları, SWIFT ödənişləri və bank sənədlərinin idarə olunması;
  • Müştərilər, daşıyıcılar və sürücülərlə maliyyə hesablaşmalarına nəzarət;
  • Yanacaq, ezamiyyə, yol rüsumları, bərə, Platon, gömrük və digər logistika xərclərinin düzgün uçotunun aparılması;
  • Elektron qaimələrin, hesab-fakturaların və müqavilələrin maliyyə baxımından yoxlanılması;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
  • Pul axınının (Cash Flow) planlaşdırılması və nəzarəti;
  • Büdcənin hazırlanması və faktiki nəticələrlə müqayisəli təhlili;
  • Mənfəətlilik, marja və xərclərin optimallaşdırılması üzrə rəhbərliyə təkliflərin verilməsi;
  • Daxili maliyyə nəzarət sisteminin qurulması və təkmilləşdirilməsi;
  • Daxili və xarici audit proseslərinin idarə olunması.

Namizədə tələblər

  • Maliyyə, Mühasibat və ya İqtisadiyyat üzrə ali təhsil;
  • Baş mühasib vəzifəsində minimum 5 il iş təcrübəsi;
  • Logistika, beynəlxalq yükdaşımaları, nəqliyyat və ya idxal-ixrac sahəsində təcrübə mütləqdir;
  • Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu standartlarını dərindən bilmək;
  • Elektron Vergi Portalı, e-qaimə, ƏDV əməliyyatları və elektron hesabat sistemlərində sərbəst işləmək;
  • Xarici valyuta əməliyyatları və beynəlxalq hesablaşmalar üzrə praktiki bilik;
  • Audit yoxlamalarının idarə olunması təcrübəsi;
  • Maliyyə təhlili, büdcələşdirmə və pul axınının idarə olunması bacarığı;
  • 1C 8.3 (və ya digər ERP sistemi) ilə sərbəst işləmək;
  • Microsoft Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, XLOOKUP/INDEX-MATCH, Power Query, mürəkkəb maliyyə cədvəlləri);
  • ACCA, DipIFR və ya digər beynəlxalq maliyyə sertifikatları üstünlük hesab olunur.

Şəxsi keyfiyyətlər

  • Analitik düşüncə;
  • Yüksək məsuliyyət və dəqiqlik;
  • Rəhbərlik qarşısında maliyyə qərarlarını əsaslandırmaq bacarığı;
  • Məxfi məlumatlarla peşəkar işləmək;
  • Problemləri əvvəlcədən müəyyən edib həll yolu təklif etmək;
  • Liderlik və komandanı idarə etmək bacarığı.

Biz nə təklif edirik?

  • Rəsmi əmək müqaviləsi;
  • Rəqabətqabiliyyətli əmək haqqı;
  • Performansa əsaslanan bonus sistemi;
  • Uzunmüddətli əməkdaşlıq və karyera inkişafı;
  • Qərarvermə prosesində aktiv iştirak;
  • Müasir iş şəraiti və peşəkar komanda.
  • Müsahibəyə dəvət olunacaq namizədlərdən gözləntilər

Müsahibə zamanı namizədin aşağıdakı sahələr üzrə bilikləri praktiki şəkildə yoxlanılacaq:

  • Vergi qanunvericiliyi;
  • Maliyyə uçotu və hesabatları;
  • Audit və daxili nəzarət;
  • Cash Flow və büdcələşdirmə;
  • Logistika şirkətlərində maliyyə əməliyyatları;
  • Xarici ödənişlər və valyuta əməliyyatları;
  • 1C və Excel proqramlarında praktiki işləmə bacarığı.

Əgər siz yalnız hesabat hazırlayan deyil, şirkətin maliyyə sabitliyini və inkişafını idarə edə biləcək peşəkar mütəxəssissinizsə, CV-nizi bizimlə paylaşın.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

AR Group Company MMC
AR Group Company MMC

Similar jobs

See all