Baş Sistem administratoru
Posted 15 h ago Source ↗
Category IT
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Namizədə verilən tələblər:
- Korporativ sistem inzibatçılığı sahəsində minimum 5 il praktiki iş təcrübəsi;
- Windows Server, Active Directory, Group Policy, DNS, DHCP və fayl xidmətlərinin qurulması, idarə olunması və dayanıqlığının təmin edilməsi üzrə dərin təcrübə;
- Active Directory replikasiyası, FSMO rolları, səlahiyyətlərin delegasiyası və domen xidmətlərində mürəkkəb nasazlıqların aradan qaldırılması bacarığı;
- Microsoft 365, Exchange Online və Exchange Hybrid mühitlərinin qurulması, miqrasiyası və idarə olunması üzrə praktiki təcrübə;
- Microsoft Entra ID-də hybrid identity, Entra Connect/Cloud Sync, MFA, Conditional Access, RBAC və identifikasiya təhlükəsizliyinin idarə olunması üzrə təcrübə;
- Enterprise Applications, Single Sign-On və inzibati giriş səlahiyyətlərinin idarə olunması üzrə praktiki biliklər;
- Microsoft Intune-da cihaz qeydiyyatı, compliance və configuration siyasətləri, tətbiqlər, Windows Autopilot və endpoint təhlükəsizliyinin idarə olunması üzrə təcrübə;
- VMware vSphere və ya Hyper-V, klaster, fiziki serverlər, SAN/NAS storage, backup və disaster recovery (fəlakətdən bərpa) həlləri üzrə geniş praktiki təcrübə;
- TCP/IP, VLAN, routing, VPN, NAT və firewall prinsipləri üzrə güclü şəbəkə bilikləri;
- On-premises, Microsoft 365 və hybrid infrastrukturu əhatə edən mürəkkəb problemlərin əsas səbəbinin (root cause) müəyyən edilməsi və həlli bacarığı;
- PowerShell və Microsoft Graph vasitəsilə mürəkkəb inzibati proseslərin və əməliyyatların tam avtomatlaşdırılması təcrübəsi;
- İnfrastruktur dəyişikliklərinin planlaşdırılması, risklərin qiymətləndirilməsi, test edilməsi və təhlükəsiz tətbiqi bacarığı;
- Sistemlərin monitorinqi, təhlükəsizliyi, performansı, backup və bərpa proseslərinin idarə olunması üzrə təcrübə;
- Texniki sənədlərin, sistem sxemlərinin və bərpa planlarının hazırlanması bacarığı;
- Azərbaycan və rus dillərində sərbəst işgüzar ünsiyyət bacarığı, texniki ingilis dilində sərbəst sənədləşmə və yazışma qabiliyyəti.
Üstünlük hesab edilən bacarıqlar:
- Microsoft Defender XDR, Defender for Endpoint və Identity Protection həlləri üzrə təcrübə;
- Privileged Identity Management (PIM) və identity governance üzrə praktiki biliklər;
- Azure virtual infrastrukturu, RBAC, backup və monitorinq xidmətləri ilə iş təcrübəsi;
- Linux serverləri və korporativ backup platformalarının inzibatçılığı üzrə təcrübə;
- Microsoft infrastrukturu, Microsoft 365 və endpoint idarəetməsi üzrə peşəkar sertifikatlar (MCSE, MS-102, MD-102 və s.).
İş qrafiki: 5 günlük iş rejimi.
Əmək haqqı: Müsahibə zamanı müəyyən olunacaq.
Müraciət qaydası: CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Baş Sistem administratoru” yazmaqla göndərə bilərsiniz.
This job is also on other sites
Ishly brings the whole market together — no need to check each site separately.
A 
AzEduNet MMC