SWISS DENT Baş tibb bacısı (Bakı, Sumqayıt)
About this role
İş barədə:
Bölmənin işinin təşkili və idarə edilməsi
Tabeliyindəki işçi heyətinin işinə nəzarət, təlimləndirilməsi və fəaliyyətinin qiymətləndirilməsi
Tibbi otaqların müayinəyə/müalicəyə hazırlanmasının təşkili və təmini
Sterilizasiya işinin idarə olunması
Klinika, o cümlədən ümumi inzibati binanın təmizliyini təmini, işin təşkili
Tibbi anbarın nəzarətdə saxlanılması; mal qəbulu/çıxışının uçotu, protokola uyğun saxlanılması, sərfiyyata nəzarət, inventarizasiyada iştirak
İşi ilə bağlı müvafiq periodik hesabatların hazırlanması
Fəaliyyətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin icrası
İş rejimi: həftənin 6 günlük
Rəqabətə dayanan əmək haqqı və dövrü performans göstəricilərinə uyğun mükafat
Namizədə tələblər:
Sahə üzrə minimum orta ixtisas təhsili
Əlaqədar sahədə minimum 3 il iş təcrübəsi
Səhiyyə sisteminin fəaliyyətini tənzimləyən əlaqədar qanunvericiliyin əsasları haqqında bilik
Əməyin təşkilində orta və kiçik tibb heyətinin düzgün yerləşdirilməsi qaydalarını bilmək
Epidemiya əleyhinə tədbirlərin aparılması prinsiplərini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydaları haqqında anlayış
Azərbaycan dilində səlis nitq qabiliyyəti, Rus dili üstünlükdür
MS Office proqramlarında sərbəst işləmə bacarığı
İdarəetmə, komandada işləmə bacarığı
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
