S SwissDentSwissDent

Baş tibb bacısı (Bakı, Sumqayıt)

Posted 15 h ago Source
Healthcare
Monthly salary
Salary negotiable
Application deadline
26 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

İş barədə məlumat:

  • Bölmənin işinin təşkili və idarə edilməsi
  • Tabeliyindəki işçi heyətinin işinə nəzarət, təlimləndirilməsi və fəaliyyətinin qiymətləndirilməsi
  • Tibbi otaqların müayinəyə/müalicəyə hazırlanmasının təşkili və təmini 
  • Sterilizasiya işinin idarə olunması 
  • Klinika, o cümlədən ümumi inzibati binanın təmizliyini təmini, işin təşkili 
  • Tibbi anbarın nəzarətdə saxlanılması; mal qəbulu/çıxışının uçotu, protokola uyğun saxlanılması, sərfiyyata nəzarət, inventarizasiyada iştirak
  • İşi ilə bağlı müvafiq periodik hesabatların hazırlanması  
  • Fəaliyyətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin icrası 
  • İş rejimi: həftənin 6 günlük
  • Rəqabətə dayanan əmək haqqı və dövrü performans göstəricilərinə uyğun mükafat 

Namizədə tələblər:

  • Sahə üzrə minimum orta ixtisas təhsili  
  • Əlaqədar sahədə minimum 3 il iş təcrübəsi
  • Səhiyyə sisteminin fəaliyyətini tənzimləyən əlaqədar qanunvericiliyin əsasları haqqında bilik
  • Əməyin təşkilində orta və kiçik tibb heyətinin düzgün yerləşdirilməsi qaydalarını bilmək
  • Epidemiya əleyhinə tədbirlərin aparılması prinsiplərini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydaları haqqında anlayış
  • Azərbaycan dilində səlis nitq qabiliyyəti, Rus dili üstünlükdür
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı 
  • İdarəetmə, komandada işləmə bacarığı 

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

S SwissDent
SwissDent

Similar jobs

See all