AD
Azinko Development

Bellboy

Posted 22 h ago Source: jobsearch.az ↗
Monthly salary
Salary negotiable
Apply
Category
Hospitality

About this role

Obyektin tipi: Flame Towers – Lüks yaşayış binası (otel standartlı xidmətlər)

Ünvan: Bakı – Flame Towers

Vəzifə haqqında:

  • Biz Bakının mərkəzində yerləşən, otel standartlı xidmətlər təqdim edən lüks yaşayış kompleksi olan Flame Residence üçün səliqəli görünüşlü və xidmət yönümlü Bellboy axtarırıq.
  • Bu vəzifə oteldə deyil — bu, sakinlərə və onların qonaqlarına 5 ulduz səviyyəsində diqqət və xidmət göstərən premium yaşayış kompleksində iş imkanıdır.

Əsas vəzifə öhdəlikləri:

  • Sakinləri və qonaqları gəliş zamanı səmimi şəkildə qarşılamaq 
  • Baqajların daşınmasına və mənzillərə çatdırılmasına kömək etmək 
  • Gəliş və gedişlərin problemsiz təşkili üçün Front Office və Təhlükəsizlik xidməti ilə koordinasiya aparmaq 
  • Binə və ətraf ərazi barədə istiqamət və məlumat vermək 
  • Sakinlərin xüsusi istəklərinə dəstək olmaq (məsələn: çatdırılmalar, bağlamalar, taksi sifarişi və s.) 
  • Lobbi və giriş sahəsinin təmiz, təhlükəsiz və səliqəli saxlanmasını təmin etmək 

Tələblər:

  • Qonaqpərvərlik, otel və ya müştəri xidmətləri sahəsində təcrübə üstünlükdür 
  • Səliqəli və peşəkar görünüş 
  • Əla ünsiyyət və insanlarla işləmə bacarığı 
  • Azərbaycan dilində sərbəst danışıq və ingilis dili biliyi (rus dili üstünlükdür) 
  • Fiziki cəhətdən sağlam və baqaj daşımağa uyğun 
  • Sürücülük vəsiqəsinin olması
  • Hər zaman nəzakətli, diqqətli və yüksək səviyyəli müştəri xidmətinə sadiq 

Yuxarıdakı tələblərə cavab verirsinizsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Similar jobs

: