C CineMastercardCineMastercard

Bilet nəzarətçisi (rus dili bilən)

Bakı Posted 4 h ago Source
Full-time Hospitality
Monthly salary
₼540+
Application deadline
20 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

CineMastercard kinoteatr şəbəkəsindən vakansiya: Bilet nəzarətçisi tələb olunur

Vəzifə öhdəlikləri:
TƏLƏBƏLƏR ÜÇÜN UYĞUN DEYİL
– Tamaşaçıları kinozala yalnız biletlərini yoxladıqdan sonra və ya kinoteatrın rəhbərliyi ilə razılaşdırılmış hər hansı icazə sənədi olduqda buraxmalıdır. Tamaşaçıların kinozala “Biletsiz” buraxılışına görə həmin seansa olan biletin dəyəri əsasında məsuliyyət daşıyır.
– Biletləri ciddi yoxlamalıdır. Biletdə zal, seans, tarix haqqında qeyd, biletin qiyməti, kinofilmin adı tamaşaçı buraxılan seansla dəqiq uyğunluq təşkil etməlidir;
– Tamaşaçıları kinozala buraxarkən onları nəzakətlə salamlayır, onlardan mobil telefonlarını söndürməyi, bileti seansın sonuna kimi saxlamağı, biletdə göstərilən yerlərdə əyləşməyi xahiş edir və onlara “xoş seyrlər” arzulayır;
– Gecikmiş tamaşaçılara cib fənərinin köməyi ilə yerlərini tapmaqda kömək edir;
– Tamaşaçılara nəzakətlə, ədəblə xidmət göstərir;
– Seans başlayanda kinozalın qapılarını bağlayır və kinozalda işıqlandırmanı söndürür. İşıqlandırmanın söndürülməsi avtomatik icra edilən kinoteatrlarda buna nəzarət edir.
– Tamaşaçıların səhvən və ya bilərəkdən biletdə göstərilən yerdə əyləşmədiyi halda və bunun başqa tamaşaçılarla münaqişə doğurduğunu gördükdə onlara nəzakətlə, lakin inadla yerini dəyişməyi təklif edir. Əgər bu da mümkün olmazsa, inzibatçını çağırır.
– Tamaşaçı kinozala qayıdarkən (seans vaxtı kinozaldan çıxdığı halda) onun həmin seansa biletini yoxlayır. Tamaşaçı həmin bileti itirdiyi zaman dərhal inzibatçını çağırır.
– Kinozala kənar şəxslərin daxil olmasının qarşısını almaq məqsədilə ehtiyat (təxliyə) qapılara nəzarət edir. Nəzarətçi bu bəndin pozulmasına görə biletin dəyərinə müvafiq maddi məsuliyyət daşıyır.
– Kinofilm bitdikdən sonra işıqlandırmanı yandırır. İşıqlandırmanın yandırılması/söndürülməsi avtomatik baş verən kinoteatrlarda işıqlandırmanın işə salınmasına nəzarət edir.
– Təmizlik işçiləri tərəfindən seanslar arasındakı fasilələrdə zallarda və foyedə iri və xırda zibillərin yığışdırılmasına nəzarəti həyata keçirir. Yığışdıran şəxs şübhə doğuran kənar əşyalar – çantalar, paketlər və s. aşkar edərsə, bu zaman onlara toxunmadan inzibatçını məlumatlandırır.
– Seans başa çatdığı zaman təmizlik işçiləri olmazsa, bu barədə təxirəsalınmadan inzibatçıya məlumat verir.
– Təmizlik işçilərinə zalların təmizlənməsində köməklik edir.
– Bilet nəzarətçisinin səlahiyyətlərindən kənar vəziyyət yarandığı zaman və ya tamaşaçılarla münaqişə meydana çıxarsa inzibatçını məlumatlandırır.
– İş yerində təmizliyə və intizama riayət edir.
– İş yerini tərk edərkən növbətçi inzibatçıya və ya onu əvəz edən şəxsə xəbər verir.
– Birbaşa rəhbərin ayrı-ayrı xidməti tapşırıqlarını yerinə yetirir.
– VİP zala qonaq qəbulu zamanı:
• yuxarıda sadalananlarla bərabər qonaqlara telefon cərəyanı qurğusu və menyu təqdim edir;
• qonaqları yerlərinə qədər ötürür, onlara kresloların açılıb-yığılmasını nümayiş etdirir, çağırış düyməsi barədə məlumat verir;
• nümayiş zamanı ehtiyac olmadıqda zala daxil olmur;
• seansın sonuna 30 dəqiqə qalmış sifarişlərə görə hesab təqdim edir və cərəyan qurğusunu təhvil alır;
• təqdim olunmuş hesab üzrə qalığın dəqiq qaytarılmasına diqqət yetirir;
• seansın sonunda istifadə olunmuş örtükləri yeniləri ilə dəyişir.

Namizədlərə tələblər:
– Təhsil : Vacib deyil
– İş təcrübəsi : 1 ilə kimi
TƏLƏBƏLƏR ÜÇÜN UYĞUN DEYİL

İş şərtləri:
– İş qrafiki: 6 Günlük iş həftəsi
– İş vaxtı: Növbəli: 09:30-dan 18:30-kimi, 12:00-dan 21:00-kimi, 14:00-dan 23:00-kimi, 17:00-dan 01:00-kimi

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 540 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Bilet nəzarətçisi” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil


C CineMastercard
CineMastercard

Similar jobs

See all