Biznes analitikası üzrə aparıcı məsləhətçi
Work mode Full-time Experience 1–3 years Category Sales
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
- Rəqəmsallaşma layihələri üzrə maraqlı tərəflərlə keçirilən görüşlərdə iştirak etmək, biznes tələblərini toplamaq, görüş protokollarını və fəaliyyət planlarını hazırlamaq;
- Mərkəzin rəqəmsal yetkinlik səviyyəsinin qiymətləndirilməsi və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində iştirak etmək;
- Rəqəmsal layihələr üzrə konsepsiyaların hazırlanmasında, biznes proseslərinin təhlili modelləşdirilməsində, biznes və funksional tələblərin müəyyənləşdirilməsində, analitik sənədlərin hazırlanmasında və texniki komandalarla koordinasiyada iştirak etmək;
- Rəqəmsallaşma sahəsi üzrə əsas fəaliyyət göstəricilərinin (KPI) işlənib hazırlanmasında iştirak etmək və icrasını izləmək;
- Rəqəmsallaşma üzrə yol xəritələrinin hazırlanması və icrasına dəstək vermək;
- BPMN, UML və digər modelləşdirmə metodlarından istifadə etməklə proses diaqramlarını hazırlamaq;
- G2G, G2B və G2C xidmət modellərinin təhlili və uyğun rəqəmsal həllərin hazırlanmasında iştirak etmək;
- Rəqəmsal transformasiya və biznes proseslərinin avtomatlaşdırılması təşəbbüslərində iştirak etmək;
- Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq analitik həllər təklif etmək;
- Sistem dizaynı prosesində iştirak etmək;
- Yeni texnologiyaları, rəqəmsal trendləri və beynəlxalq təcrübəni araşdırmaq, onların tətbiqi üzrə təkliflər hazırlamaq;
- Verilənlər bazasından məlumatları təhlil etmək və analitik hesabatlar hazırlamaq;
- Zərurət yarandıqda Mərkəzin təşkil etdiyi imtahan, müsahibə və digər tədbirlərdə daxili qaydalara uyğun olaraq iştirak etmək (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
- Rəhbərlik və şöbə müdiri tərəfindən verilmiş tapşırıqları icra etmək.
Xüsusi tələblər
- Ali təhsil (informasiya texnologiyaları, kompüter mühəndisliyi, informasiya sistemləri, sistem analizi, rəqəmsal transformasiya və ya digər uyğun ixtisaslar üzrə);
- Biznes proseslərinin təhlili və ya rəqəmsal transformasiya sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dili-yüksək səviyyə, ingilis dili minimum B1.
- IT layihələrində biznes analitik qismində iştirak təcrübəsi;
- BPMN, UML, ArchiMate üzrə biliklər və bacarıqlar;
- API inteqrasiyası, REST, SOAP, Webhooks, ETL prinsipləri üzrə anlayış;
- SQL üzrə bilik, məlumatların təhlili və vizuallaşdırılması alətlərindən (Power BI və ya Tableau) istifadə bacarığı;
- Sistem arxitekturasının əsas prinsipləri barədə bilik;
- BRD, FRD, SRS, Use Case və Texniki Spesifikasiyaların hazırlanması və təsdiqi bacarığı;
- Figma, Jira, Confluence, Miro kimi alətlərlə işləmə bacarığı;
- KPI və proses effektivliyi göstəricilərinin hazırlanması və monitorinqi bacarığı; Biznes analitikası üzrə beynəlxalq sertifikatlar üstünlükdür;
- Analitik düşünmə, problem həll etmə, dəqiqlik, planlaşdırma, təşəbbüskarlıq, məsuliyyətlilik, komanda ilə işləmə bacarığı, effektiv ünsiyyət, nəticəyönümlülük;
Müraciət qaydası: Namizədlər 24 iyul 2026-cı il tarixinədək https://portal.dim.gov.az/HR/ linkinə daxil olaraq “Biznes analitik” vakansiyasını seçib elektron müraciət formasını doldurmalı və göndərməlidirlər. Müraciət üçün (CV): https://portal.dim.gov.az/HR/ li
DİM 
Dövlət İmtahan Mərkəzi