Boru kəmərləri üzrə böyük mühəndis
Work mode Full-time Experience 5+ years Category Engineering
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
- Quruda və dənizdə yerləşən boru kəməri sistemlərinin layihələndirilməsi, istismarı və texniki xidmət fəaliyyətlərini dəstəkləmək.
- Boru kəmərlərinin hidravlik göstəricilərini, ötürmə qabiliyyətini, təzyiq rejimlərini və istismar məhdudiyyətlərini təhlil edərək təkmilləşdirmə imkanlarını müəyyən etmək.
- Diaqnostika, monitorinq və əməliyyat məlumatlarını təhlil etməklə boru kəmərlərinin bütövlüyünə təsir göstərə biləcək riskləri və deqradasiya mexanizmlərini müəyyən etmək.
- Boru kəmərləri ilə bağlı sızma, nasazlıq, qəza və digər qeyri-normal halların araşdırılmasında iştirak etmək, kök səbəb analizlərinin aparılmasına və düzəldici tədbirlərin hazırlanmasına töhfə vermək.
- Boru kəmərlərinə dair texniki prosedurları və mühəndislik sənədlərini hazırlamaq və mütəmadi yeniləmək.
- Dəyişikliklərin İdarəolunması (MOC) prosesində iştirak edərək proses, əməliyyat və layihə dəyişikliklərinin boru kəmərlərinə təsirini qiymətləndirmək.
- Boru kəmərlərinin təhlükəsizliyi və istismarı ilə bağlı HAZID, HAZOP, ORA və digər risk qiymətləndirmə sessiyalarında iştirak etmək.
- Layihə sənədlərini, mühəndislik hesablamalarını və texniki göstəriciləri nəzərdən keçirərək onların normativ tələblərə və istismar ehtiyaclarına uyğunluğunu təmin etmək.
- Bütövlük, korroziya, axın müntəzəmliyinin təmin olunması (Flow Assurance), proses və əməliyyat komandaları ilə əməkdaşlıq edərək boru kəmərlərinin effektiv idarə olunmasını və risklərin nəzarətdə saxlanılmasını təmin etmək.
- Zərurət yarandıqda boru kəmərlərinin istismara yararlılığının (Fitness-for-Service) qiymətləndirilməsini dəstəkləmək.
- Boru kəmərlərinin layihələndirilməsi və istismarı üzrə beynəlxalq standartların və qabaqcıl təcrübələrin tətbiqini təmin etmək.
- Sahə işlərində yoxlamalar, istismara vermə (commissioning) və nasazlıqların aradan qaldırılması proseslərində iştirak etmək.
Xüsusi tələblər
- Mexanika mühəndisliyi, neft-qaz mühəndisliyi, boru kəmərləri mühəndisliyi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür).
- Boru kəmərləri mühəndisliyi sahəsində minimum 5 il iş təcrübəsi.
- Boru kəmərlərinin layihələndirilməsi, istismarı və texniki xidməti üzrə dərin biliklər.
- Hidravlik hesablamalar, təzyiq idarəetməsi və axın mexanikası üzrə biliklər.
- Şarlama (pigging) əməliyyatları və diaqnostika metodları üzrə praktiki təcrübə.
- Beynəlxalq standartlar və normativ sənədlər (API, ASME B31.4/B31.8, DNV, ISO və s.) üzrə biliklər.
- Risk qiymətləndirmə metodologiyaları üzrə anlayış.
- Azərbaycan və ingilis dillərində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı
Müraciət üçün son tarix: 10.07.2026
Vakansiyaya maraq göstərən namizədlərdən CV-lərini “Boru kəmərləri üzrə böyük mühəndis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciət etmək üçün: [email protected]
SOCAR Upstream MI LLC