Magna Tikinti İnşaat Materialları Brend Menecer
Posted 15 h ago Source ↗
Category Marketing
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Şirkətimiz komandasına inkişaf yönümlü, yaradıcı düşüncəyə malik və nəticəyə fokuslanan Brend Menecer axtarır.
Əsas vəzifələr:
- Brend strategiyasının hazırlanması və icrasını təmin etmək;
- Marketinq kampaniyalarının planlaşdırılması və idarə olunması;
- Satış komandasına dəstək verərək satışın artırılmasına yönəlmiş layihələr həyata keçirmək;
- Partnyorlarla effektiv əlaqələr qurmaq və əməkdaşlıqları inkişaf etdirmək;
- Bazar araşdırmaları aparmaq, rəqibləri analiz etmək və yeni inkişaf imkanları müəyyənləşdirmək;
- Brendin bazardakı mövqeyini gücləndirmək üçün innovativ təkliflər hazırlamaq.
Namizədə tələblər:
- Brand Management sahəsində orta səviyyədə iş təcrübəsi;
- Marketinq və brend inkişafı üzrə strateji düşüncə;
- Satış yönümlü və nəticə əldə etməyə motivasiyalı olmaq;
- Partnyorlarla işləmək və güclü ünsiyyət qurmaq bacarığı;
- Azərbaycan dili ilə yanaşı, ingilis dili biliyi (rus dili üstünlükdür);
- Ezamiyyətlərə və ölkədaxili/xarici səfərlərə hazır olmaq;
- Tikinti materialları sektorunda təcrübənin olması üstünlük hesab olunur.
Şəxsi keyfiyyətlər:
- Məsuliyyətli və təşəbbüskar;
- Operativ və çevik qərarvermə bacarığı;
- Komandada işləmək və liderlik etmək bacarığı;
- Analitik düşüncə və yüksək təşkilatçılıq qabiliyyəti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Mövzu hissəsində "Brend Menecer" başlığı yazmağınız xahiş olunur.

Magna Tikinti İnşaat Materialları