Improtex Group Brend Menecer
About this role
İmprotex şirkətlər qrup-dan vakansiya: Brend Menecer tələb olunur
Vəzifə öhdəlikləri:
– Şirkətin brend strategiyasını hazırlamaq və icrasını təmin etmək;
– Ağır yük avtomobilləri və tikinti texnikası bazarını, rəqibləri və müştəri davranışlarını təhlil etmək;
– Məhsul kateqoriyaları üzrə marketinq planları hazırlamaq.
– İllik və rüblük marketinq planlarını hazırlamaq;
– Reklam kampaniyalarının planlaşdırılması və icrasına nəzarət etmək;
– Rəqəmsal marketinq, sosial media və PR fəaliyyətlərini koordinasiya etmək;
– Sərgi, təqdimat və sənaye tədbirlərinin təşkilində iştirak etmək.
– Satış komandası ilə birlikdə məhsul təqdimat materialları hazırlamaq; 9. Kataloqlar, broşürlər, təqdimatlar və digər marketinq materiallarının hazırlanmasını təşkil etmək;
– Yeni məhsul və texnikaların bazara çıxarılması prosesini idarə etmək.
– Korporativ üslub və brend standartlarının tətbiqinə nəzarət etmək;
– Diler və tərəfdaşların brend qaydalarına əməl etməsini təmin etmək;
– Şirkətin bütün kommunikasiya kanallarında vahid brend mesajını qorumaq.
– Analitika və hesabatlılıq
– Marketinq kampaniyalarının effektivliyini ölçmək;
– Rəhbərliyə aylıq hesabat təqdim etmək.
– Şirkətin məxfilik siyasətinə riayyət etmək.
Namizədlərə tələblər:
– Təhsil: Marketinq, Biznesin idarə edilməsi, Menecment, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil; Marketinq və brend idarəetməsi üzrə əlavə sertifikatlar üstünlükdür
– İş təcrübəsi: 1 ildən 3 ilə kimi
– Marketinq analitikasını və bazar araşdırmasının aparılamsını bilməlidir
– Rəqəmsal Marketinqi: Google Analytics; Google Ads; CRM sistemləri ilə işləmə bacarığına malik olmalıdır.
– Proqram təminatını: MS Office proqramları, xüsusilə Excel və Power Point, Power BI digər aidiyyatı sahə üzrə şirkətin istifadə etdiyi proqramları bilməlidir;
– Dil bilikləri: Azərbaycan dili – əla; İngilis dili – yaxşı səviyyədə; Rus dili – üstünlükdür.
– İdarəetmə bacarıqlarına malik olmalıdır;
– Nəzakətli olmalı, aydın və səlis nitq qabiliyyətinə malik olmalı, etik davranış qaydalarına əməl etməlidir.
– Analitik düşünmə, güclü kommunikasiya və komandada işləmə bacarığına malik olmalıdır,
– Strateji düşünmə qabiliyyətinə malik olmalı, nəticəyönümlü olmalıdır;
– Ezamiyyələrə getməyə açıq olmalı
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 1500 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Brend Menecer” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
