Eden Agro MMC Büdcə və hesabatlılıq üzrə menecer
About this role
İş şəraiti
- İşəgötürən: Eden Agro MMC
- Struktur: Maliyyə departamenti
- Birbaşa rəhbər: Baş maliyyə inzibatçısı
- İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
- Müəssisənin iqtisadi fəaliyyətinin illik və operativ proqnoz layihələrinin tərtibi üçün ilkin məlumatların hazırlanması;
- Maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar aidiyyatı struktur bölmələrindən zəruri məlumatların toplanması;
- Müəssisənin təsərrüfat fəaliyyətini iqtisadi təhlil edilməsi və qənaət rejiminin təmin edilməsi, görülən işlərin səmərəliliyinin artırılması, itkilərin və qeyri-zəruri xərclərin qarşısının alınması üçün təhlillərin aparılması;
- Hesablama işlərinin və büdcə tərtibi tapşırıqlarının yerinə yetirilməsində müasir texnologiyaların tətbiq edilməsi;
- Müxtəlif tipli iqtisadi əsaslandırmaların, tələb olunan arayışların hazırlanması;
- İqtisadi göstəricilərin yaxşılaşdırılması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edilməsi;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının dəqiq şəkildə və vaxtında hazırlanması;
- Hər bir hesabat dövrünün sonunda faktiki və büdcə nəticələrinin müqayisəsi, fərqlər barədə hesabatın hazırlanması;
- Əməliyyat xərcləri ilə bağlı sənədlərin büdcə nəzarəti prosedurlarına uyğun olaraq günlük yoxlanılması və təsdiqinin təmin edilməsi;
- Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi;
- Maliyyə proseslərinin və idarəetmə hesabatlarının yaxşılaşdırılması üçün təkliflər irəli sürülməsi.
- Birbaşa rəhbər tərəfindən veriləcək tapşırıqların icrasının təmin edilməsi.
Vəzifə tələbləri:
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Magistr dərəcəsi üstünlük hesab olunur;
- ACCA, CIMA, CFA, DipIFR və ya digər beynəlxalq peşəkar maliyyə sertifikatlarına malik olması üstünlükdür;
- Maliyyə, büdcə planlaşdırılması, maliyyə nəzarəti və ya korporativ maliyyə sahəsində minimum 5 il, o cümlədən rəhbər və ya aparıcı vəzifədə ən azı 2 il iş təcrübəsi;
- Şirkətin illik büdcəsinin hazırlanması, konsolidasiyası, icrasına nəzarət və dövri yenilənməsi (forecast/rolling forecast) üzrə praktiki təcrübə;
- Büdcələşmə metodologiyaları, maliyyə modelləşdirilməsi və proqnozlaşdırma alətlərini dərindən bilməsi;
- Maliyyə hesabatlarının (P&L, Balance Sheet, Cash Flow) hazırlanması, təhlili və rəhbərliyə təqdimatı üzrə təcrübə;
- Xərc nəzarəti, rentabellik təhlili, investisiya layihələrinin maliyyə qiymətləndirilməsi və maliyyə risklərinin idarə olunması sahəsində bilik və təcrübə;
- Maliyyə göstəricilərinin (KPI) hazırlanması, monitorinqi və nəticələrin təhlili üzrə təcrübə;
- ERP sistemləri (1C, SAP, Oracle, Microsoft Dynamics və ya digər ERP sistemləri) ilə işləmək təcrübəsi;
- MS Office proqramlarını, xüsusilə Excel (Power Query, Pivot Table, Power Pivot və mürəkkəb maliyyə modelləri) yüksək səviyyədə bilməsi;
- Analitik düşünmə, strateji planlaşdırma və qərarvermə bacarığı;
- Komandanın idarə edilməsi, əməkdaşların inkişafı və funksiyalararası komandalarla effektiv əməkdaşlıq bacarığı;
- Sıx iş qrafiki və qısa müddətli tapşırıqlar şəraitində prioritetləri düzgün müəyyənləşdirərək nəticəyönümlü fəaliyyət göstərmək bacarığı;
- Yüksək səviyyədə məsuliyyətlilik, məxfilik prinsiplərinə riayət, dəqiqlik, təşəbbüskarlıq və liderlik keyfiyyətləri;
- Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilməsi; rus dili biliyi üstünlükdür.
Biz təklif edirik:
- Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
- Korporativ tibbi sığorta paketi
- Peşəkar və liderlik inkişaf proqramları
- Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı
- Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları
- Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı
- Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti
- Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Büdcə və hesabatlılıq üzrə menecer” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir. Azərşəkər MMC…