Çağrı mərkəzi operatoru
Posted 18 h ago Source ↗
Category Customer Service
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vəzifələr və məsuliyyətlər
- Daxil olan zənglərə cavab verərək, məhsullar, xidmətlər və texniki problemlər barədə məlumat vermək.
- Elektronika məhsulları və texniki avadanlıqlar haqqında məlumat verərək müştəriyə uyğun təkliflər hazırlamaq və satış hədəflərinə çatmaq.
- Müştərilərə məhsulun istifadəsi ilə bağlı texniki dəstək vermək, nasazlıqlar və ya əməliyyat problemləri ilə bağlı həll yolları təqdim etmək.
- Müştərilərin şikayət və problemlərini diqqətlə dinləyib, onları müvafiq şöbələrə yönləndirmək və həllin təmin olunmasına kömək etmək.
- Çağrı mərkəzinin müvafiq bazasında müştəri məlumatlarının düzgün və tam olmasına diqqət yetirmək, məlumatların təzələnməsini təmin etmək.
- Müəyyən edilmiş satış və xidmət hədəflərinə çatmaq üçün effektiv şəkildə çalışmaq, müştəri ehtiyyaclarını müəyyən etmək və düzgün məhsul və ya xidmət təqdim etmək.
- Müştəri məmnuniyyətini təmin etmək məqsədilə müştəri ilə düzgün, səmimi və dostyana ünsiyyət qurmaq.
- Yeni məhsul və xidmətlər haqqında biliklərin mütəmadi olaraq yenilənməsi və müştərilərə ən doğru məlumatın verilməsi.
- Sayt üzərindən olunan müraciətlərin cavablandırılması.
Tələb edilən bacarıqlar və təhsil
- Ali və ya orta ixtisas təhsili.
- Yüksək ünsiyyət bacarıqları.
- Problem həll etmə qabiliyyəti.
- Müştəri məmnuniyyətini təmin etmə bacarığı.
- Müvafiq texniki biliklər və məhsullar barədə məlumat.
- Komanda ilə işləmək qabiliyyəti.
- Microsoft Office və digər müvafiq proqramlardan istifadə bacarığı.
- Çağrı mərkəzində və ya müştəri xidməti sahəsində iş təcrübəsi mütləqdir.
- Azərbaycan və Rus dili - əsas; İngilis dilləri arzuolunandır.
İş saatları və əmək şərtləri
- Əmək haqqı: 600 manat (+bonus)
- İş qrafiki: 5 günlük iş qrafiki (11:00-20:00); İstirahət günləri: 2 gün.
- İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.
Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Çağrı mərkəzi operatoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
My Group Holding MMC
Topdansatış və pərakəndə ticarət
My Group Holdingin tərkibində fəaliyyat göstərən şirkətlər: MyShops Azərbaycanda mobil və elektron avadanlıqların satışı üzrə liderlərdən biridir. Şirkətimizin təklif etdiyi məhsulların keyfiyyəti…