Shusha Hospitality Group MMC Camaşırxana nəzarətçisi
About this role
Shusha Hospitality Group MMC-dan vakansiya: Camaşırxana nəzarətçisi tələb olunur
Vəzifə öhdəlikləri:
– Yataq ləvazimatları, forma və qonaq camaşırlarının yuyulmasının keyfiyyətini yoxlamaq.
– Yataq ləvazimatlarının təmizlik standartlarının qorunub saxlanılmasını təmin etmək
– Geyim əşyalarının yuyulma, kimyəvi təmizləmə və qablaşdırma üçün müvafiq qaydada sortlaşdırılmasını təmin etmək.
– İş yeri və avadanlıqların müvafiq qaydada təmizlənməsi və qorunub saxlanılmasını təmin etmək.
– Gündəlik əməliyyatlarda Təsərrüfat şöbəsi və digər əlaqəli şöbələrlə qarşılıqlı fəaliyyət göstərmək.
– Bütün yataq dəstlərinin onların prioritet və standartlarına müvafiq olaraq emal edilməsi və təmizlənməsini təmin etmək.
Namizədlərə tələblər:
– Təhsil: Vacib deyil
– İş təcrübəsi: 1 ildən 3 ilə kimi
– Cins: Bəy namizədlər
– Yaş həddi: 25–35 arası namizədlər
İş şərtləri:
– İş qrafiki: 5 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 18:00-kimi
– İş yeri: Şuşa şəhəri
– Yerləşmə və 3 dəfə qidalanma şirkət tərəfindən təmin olunur
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 800-900 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Camaşırxana nəzarətçisi” yazaraq [email protected] epoçt ünvanına ya da (051)244-14-12 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
