FB Fairmont BakuFairmont Baku

Chef de Partie

Posted 1 d ago Source
Hospitality
Monthly salary
Salary negotiable
Application deadline
8 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vəzifə öhdəlikləri

  • Təyin olunmuş mətbəx bölməsinə (isti mətbəx, soyuq mətbəx, qənnadı, sous bölməsi və s.) rəhbərlik etmək.
  • Menyu və resept standartlarına uyğun olaraq yüksək keyfiyyətli yeməklərin hazırlanmasını təmin etmək.
  • Yeməklərin hazırlanması prosesində dad, görünüş və təqdimat standartlarına nəzarət etmək.
  • Gündəlik hazırlıq işlərini (mise en place) planlaşdırmaq və həyata keçirmək.
  • Mətbəx işçiləri arasında iş bölgüsü aparmaq və komandanın fəaliyyətinə nəzarət etmək.
  • Xammalın düzgün saxlanmasına, istifadəsinə və itkilərin minimuma endirilməsinə nəzarət etmək.
  • Qida təhlükəsizliyi, gigiyena və sanitariya qaydalarına riayət etmək.
  • HACCP və otelin daxili qida təhlükəsizliyi prosedurlarına uyğun işləmək.
  • Məhsulların keyfiyyətini, temperatur rejimini və son istifadə tarixlərini yoxlamaq.
  • Sifarişlərin vaxtında və standartlara uyğun hazırlanmasını təmin etmək.
  • Mətbəx avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək.
  • İş yerinin təmizliyini və səliqəsini təmin etmək.
  • Baş Aşpazın (Executive Chef / Sous Chef) göstərişlərini yerinə yetirmək.
  • Yeni əməkdaşların iş prosesinə uyğunlaşmasına kömək etmək və təlimlərdə iştirak etmək.
  • Qonaq məmnuniyyətini artırmaq üçün otelin xidmət standartlarına uyğun fəaliyyət göstərmək.
  • Gündəlik inventar, məhsul ehtiyacı və çatışmazlıqlar barədə rəhbərliyə məlumat vermək.

Tələblər

  • Otel və ya restoran mətbəxində Chef de Partie təcrübəsi.
  • Peşəkar mətbəx texnikaları və qida hazırlanması üzrə biliklər.
  • Komanda ilə işləmək bacarığı.
  • Vaxtın düzgün idarə edilməsi və stress altında işləmə qabiliyyəti.
  • Gigiyena və qida təhlükəsizliyi standartları haqqında bilik.
  • Yaradıcı yanaşma və detallara diqqət.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

FB Fairmont Baku
Fairmont Baku
Mehmanxana və ictimai iaşə xidmətləri

Мы рады окружить вас традиционным гостеприимством Fairmont в историческом городе Баку, открытом всем ветрам. Фешенебельный пятизвездочный отель Fairmont Baku (Азербайджан), ставший частью комплекса…

Similar jobs

See all