- Work mode
- Full-time
- Category
- Customer Service
About this role
Təsvir
CNC proqramları ilə işləmək və proqramlarda kiçik düzəlişlər etmək bacarığı.
Mexanika və ya maşınqayırma sahəsində texniki biliklər.
Müxtəlif tip CNC torna və frez dəzgahları ilə iş təcrübəsi.
Vəzifə öhdəlikləri:
CNC dəzgahlarının sazlanması və idarə olunması.
Verilən texniki tapşırıqlara uyğun detalların emal edilməsi.
Ölçü nəzarətinin aparılması və məhsulun keyfiyyətinin təmin edilməsi.
Dəzgahın gündəlik texniki vəziyyətinə nəzarət etmək və kiçik nasazlıqları aradan qaldırmaq.
İstehsal planına uyğun olaraq tapşırıqların vaxtında yerinə yetirilməsi.
Tələblər
Yaş: 23–33 yaş.
Hərbi xidməti başa vurmuş və ya hərbi xidmət öhdəliyi olmayan.
CNC dəzgahları ilə işləmək üzrə təcrübə.
Texniki çertyojları və ölçüləri oxumaq bacarığı.
Ölçü alətləri (ştanqen,sirkul, mikrometr və s.) ilə dəqiq ölçmə aparmaq bacarığı.
CNC dəzgahlarının sazlanmasını və istehsalata hazırlanmasını bacarmaq.
İstehsal zamanı yaranan texniki nasazlıqları müəyyən edib operativ şəkildə aradan qaldırmaq bacarığı.
Hazır məhsulun keyfiyyətinə nəzarət etmək və ölçü uyğunluğunu yoxlamaq.
Rus və ya ingilis dili biliyi (orta səviyyə).
Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı.
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək.
Üstünlük veriləcək:
CNC proqramları ilə işləmək və proqramlarda kiçik düzəlişlər etmək bacarığı olanlara;
Mexanika və ya maşınqayırma sahəsində texniki bilikləri olanlara;
Müxtəlif tip CNC torna və frez dəzgahları ilə iş təcrübəsi olanlara.