Dağ-mədən mühəndisi (Geomexanik)
Work mode Full-time Experience 1–3 years Category Engineering
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
- Karxana və yamaclarda geotexniki/geomexaniki sabitliyin qiymətləndirilməsi və risklərin monitorinqinin aparılması;
- Süxur kütləsinin davranışının təhlili, sürüşmə və deformasiya risklərinin müəyyən edilməsi üzrə hesabatların hazırlanması;
- Geomexaniki monitorinq alətlərindən (inklinometr, pyezometr və s.) əldə olunan məlumatların təhlili və texniki tövsiyələrin verilməsi;
- Hasilat işlərinin planlarının və hesabatlarının hazırlanmasında, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsində iştirak etmək;
- Dövlət və özəl təşkilatlar ilə müştərək layihələrin həyata keçirilməsi və koordinasiyası istiqamətində tədbirlər görmək;
- Hasilat proseslərinin texnoloji parametrlərinə nəzarət etmək, onların optimallaşdırılması üçün təhlillər aparmaq və təkliflər vermək;
- İşlərin koordinasiyası zamanı gecikmələr olduqda onların səbəbini araşdırmaq və onların aradan qaldırılması üzrə görüləcək tədbirlər üzrə öz təklif və tövsiyələrini vermək;
- Hasilat sahələri üzrə layihələrə dair elektron və yazılı məlumat bazası yaradılmasında və bu məlumatların mütəmadi olaraq yenilənməsində iştirak etmək;
- Hasilat prosesləri ilə bağlı imzalanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsini təmin etmək və müqavilə pozuntularının idarə edilməsində iştirak etmək;
- Buruq-qazma, partlayış və daşıma işləri üzrə podratçılarla əməkdaşlıq və istismar proqramlarının icra edilməsində iştirak etmək;
- Şöbənin texniki arxivinin düzgün təşkilinə nəzarət etmək;
Xüsusi tələblər
- Azərbaycan dili səlis, Rus dili və İngilis dilini yaxşı səviyyədə bilməli (üstünlükdür);
- MS Office proqramları üzrə işləmək bacarığı;
- Vakansiya üzrə rus dili biliyinin olması tələb olunur.
- Ali təhsil (Dağ-mədən mühəndisliyi, geologiya ixtisasları üzrə)
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi üstünlükdür.
A 
AzerGold