YB
Yelo Bank

Data elmi üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis / Baş Mütəxəssis - Risk

Bakı Posted 3 h ago Source: glorri.az ↗
Monthly salary
Salary negotiable
Apply
Work mode
Full-time
Category
IT

About this role

Təsvir

• Kredit risk modellərinin (PD, LGD, EAD, Skorinq modelləri və s.) hazırlanması, təkmilləşdirilməsi və monitorinqi.

• Müştəri davranışları, ödəniş intizamı və kredit portfeli üzrə analitik araşdırmaların aparılması.

• Model üçün tələb olunan məlumatların hazırlanması və xüsusiyyətlərin (feature engineering) yaradılması.

• Modellərin performansının qiymətləndirilməsi, validasiyası və stabilliyinin monitorinqi.

• Risk, Biznes, İT və digər aidiyyəti komandalarla əməkdaşlıq.

• Analitik nəticələrin və tövsiyələrin rəhbərliyə təqdim edilməsi.

• Modellərin istehsal mühitinə tətbiqi və sonrakı monitorinq proseslərinin dəstəklənməsi.

• Git və digər versiya nəzarəti sistemlərində komanda ilə birlikdə işləmək təcrübəsi.

Tələblər

  • Ali təhsil;
  • Alqoritmləri və məlumat strukturunu yaxşı başa düşmək;
  • Python`la iş təcrübəsi;
  • SQL biliyi böyük üstünlükdür;
  • Qabaqcıl statistik üsullar və konsepsiyalar, o cümlədən reqressiya, təsnifat, paylanma xüsusiyyətləri, statistik testlər və s. sahəsində bilik və təcrübə;
  • Statistik anlayışları və bilikləri real tətbiq etmək təcrübəsi;
  • Məlumatların vizuallaşdırılması vasitələrindən (Power BI, Tableu və s.) istifadə etmək bacarığı;
  • Komandalararası əməkdaşlığı təşviq etmək üçün yaxşı ünsiyyət bacarıqları;
  • Data elm sahəsini və onun biznesə tətbiqini öyrənmək həvəsi.


Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.


Similar jobs

: