KH Kontakt HomeKontakt Home

Data mühəndisi (junior/middle)

Bakı Posted 2 h ago Source
Full-time Engineering
Monthly salary
Salary negotiable
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Təsvir

  • Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması, BI layihələrinin tətbiqində iştirak edilməsi;
  • Data warehouse-ları və data mart-ların dizayn edilməsi, modelləşdirilməsi, optimallaşdırılması və onlara dəstək xidmət verilməsi;
  • Müxtəlif məlumat bazalarından və sistemlərindən (mənbələrdən) məlumatların toplanılması, çevrilməsi və BI alətlərində istifadə üçün hazır vəziyyətə gətirilməsi;
  • ETL və digər data mühəndisliyi alətlərinin konfiqurasiya edilməsi və onlara dəstək xidmətləri verilməsi;
  • Riyazi və statistik üsullardan istifadə edərək bütün növ əməliyyatlar üzrə məlumatların təhlil olunması.


İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.


Tələblər

  • Ali təhsil, informasiya texnologiyaları, kompüter elmləri, tətbiqi riyaziyyat, mühəndislik və ya əlaqəli sahə üzrə təhsil arzuolunandır;
  • Data mühəndisliyi sahəsində minimum 2 il iş təcrübəsi;
  • OLTP və OLAP sistemlərinin iş prinsipləri, fərqləri və tətbiq sahələri üzrə biliklər;
  • ETL/ELT proseslərinin hazırlanması, optimallaşdırılması və dəstəklənməsi üzrə praktiki təcrübə;
  • Data pipeline-ların qurulması, monitorinqi və nasazlıqların aradan qaldırılması üzrə bilik və bacarıqlar;
  • ETL alətləri ilə iş təcrübəsi;
  • SQL Server Integration Services üzrə bilik və praktiki təcrübə üstünlük hesab olunur;
  • SQL Server Analysis Services ilə işləmə, analitik modellərin yaradılması və dəstəklənməsi üzrə biliklər;
  • dbt vasitəsilə məlumatların transformasiyası, modelləşdirilməsi və sənədləşdirilməsi üzrə biliklər;
  • Python proqramlaşdırma dili ilə məlumatların emalı, avtomatlaşdırma və skriptlərin hazırlanması bacarığı;
  • SQL üzrə yaxşı biliklər, mürəkkəb sorğuların yazılması, optimallaşdırılması və performans problemlərinin təhlili bacarığı;
  • DAX üzrə biliklər, analitik hesabatlar və ölçülərin yaradılması təcrübəsi üstünlükdür;
  • Data warehouse, data mart, star schema, snowflake schema və məlumat modelləşdirilməsi konsepsiyaları üzrə anlayış;
  • Verilənlərin keyfiyyətinə nəzarət, validasiya və məlumat uyğunluğunun təmin edilməsi üzrə biliklər;
  • Verilənlər bazası strukturlarının, cədvəllərin, view-ların, stored procedure-ların və indekslərin iş prinsipləri üzrə anlayış;
  • BI və hesabatlılıq komandaları ilə işləmək, analitik tələbləri texniki həllərə çevirmək bacarığı;
  • Texniki sənədləşdirmə aparmaq, data modelləri və data axınlarını sənədləşdirmək bacarığı;
  • Analitik düşünmə, problem həlletmə, diqqətlilik və nəticəyönümlü işləmə bacarığı;
  • Komandada işləmək, kommunikasiya və prioritetləşdirmə bacarığı.
KH Kontakt Home
Kontakt Home
Topdansatış və pərakəndə ticarət

“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində…

Similar jobs

See all
Apply