Debitor və kreditor borclar üzrə mütəxəssis
About this role
Namizədə olan tələblər:
Ali təhsil (maliyyə və muhasibatlıq sahəsi üzrə);
Sahə üzrə 1 il iş təcrübəsi;
Mühasibatlıq bilikləri;
Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
Komandada işləmək bacarığı;
Məsuliyyətlilik;
Stressə davamlılıq;
Yaş həddi-25-40;
Bəy namizəd
İş haqqında məlumat:
Tədarükçülər və müştərilərlə daimi üzləşmələrin aparılması və bununla bağlı maliyyə nəzarətinin həyata keçirilməsi, müvafiq aktların bağlanılması və ümumi təhlilin aparılması;
Debitor və kreditorlarla hesblaşmalardan yaranan digər fəaliyyətlərin həyata keçirilməsi;
Proseslərin və xərclərin optimallaşdırılması;
Avans hesablarının gündəlik izlənilməsi, xərc və gəlirlərin düzgün uçotunun aparılmasına və balansa nəzarət;
Hesab-fakturalar və digər sifarişlərlə əməliyyatlar zamanı yaranan problemləri həll etmək;
Mühasibat uçotunda və yekun maliyyə vəziyyəti hesabatlarında əks olunan qarşılıqlı debitor və kreditor qalıqlarının təsdiqlənməsi;
Açıq qalan məbləğlərin mütəmadi təhlillərinin aparılması və şirkətin daxili siyasətinə uyğun olaraq idarə edilməsi;
Maliyyə hesabatlarının hazırlanması;
Mühasibat yazılışlarını mütəmadi nəzərdən keçirmək, araşdırmaların aparılması.
İş şəraiti:
6 günlük iş həftəsi;
Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Korporativ nömrə;
Əmək haqqı razılaşma yolu ilə;
Vakansiyaya müraciət üçün CV-ləri “Debitor və kreditor borclar üzrə mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
“AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa müddət ərzində ölkə…