AA
Avtolüks Azərbaycan MMC

Dəmirçi - rəngsaz (Xidmət Mərkəzinin avtomobil ustası - rəngsazı)

Posted 14 h ago Source: jobsearch.az ↗
Monthly salary
Salary negotiable
Apply
Category
Logistics

About this role

İş şəraiti

  • İş qrafiki: 08:00 - 17:00 / Bazar ertəsi - Cümə
  • Şəhər: Bakı

Tələblər: 

  • Avtomobil sahəsində texniki biliklər və minimum 3 il iş təcrübəsi;
  • Üzərinə məsuliyyət götürmək bacarığı;
  • Operativlik, dəqiqlik və səliqə;
  • Komandada işləmək bacarığı və kommunikativlik;
  • Subordinasiyaya və etik davranış qaydalarına əməl etmə;
  • Qanunvericiliyə riayət etmək və daxili normativ tələblərə hörmət;
  • Təşəbbüskarlıq və həll tapma, işini planlaşdıra bilmə qabiliyyəti, problemləri həll və analiz etmək, işə konsentrasiya olmaq və nəticəyə fokuslanmaq, təzyiq şəraitində işləmə bacarığına malik olmaq;
  • Məsuliyyətli, nizam-intizamlı, etibarlı və dürüst olmaq.

İşin təsviri: 

  • Premium su əsaslı boya sistemləri ilə işləmək (Standox və Glasurit);
  • Su əsaslı materialların qurutma texnologiyaları haqqında biliklər;
  • Qlasurit və Standox rəngləmə texnologiyaları və rəng uyğunluğu üzrə sertifikatların olması (üstünlükdür);
  • Rəsmi dilerlərdə iş təcrübəsi (üstünlükdür);
  • İnfraqırmızı qurutma və müasir rəngləmə avadanlığı ilə işləmək bacarığı;
  • Standox və Qlasurit proqram təminatını, boya kataloqlarını, xüsusi avadanlıqları istifadə etməklə təmir olunacaq avtomobil boyasını hazırlamaq (üstünlükdür);
  • Tamamlanmış işlərin cilalanması və keyfiyyətə nəzarət;
  • Texnoloji proseslərə və keyfiyyət standartlarına riayət etmək;
  • Test plastinkaları vasitəsilə tətbiq ediləcək rəng çalarlarının düzgün seçilməsini təmin etmək;
  • Avtomobili boyamadan əvvəl təmir olunmuş hissələrinin yoxlanılmasını həyata keçirmək;
  • Avtomobildə profilaktik təmirləri etmək və yoxlanışları həyata keçirmək. 
  • Təmir işləri ilə əlaqədar zəruri olan alətlərin sifariş olunması ilə bağlı Xidmət Mərkəzinin rəhbərinə məlumat vermək və bu alətlərin səliqəli vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Xidmət Mərkəzi tərəfindən verilən uniformanın təmiz saxlanılmasına nəzarət etmək, səliqəli olmaq və iş vaxtı təyin olunan fasilələrdən qaydalara uyğun istifadə etmək;
  • Təhlükəsizlik qaydalarına riayət etmək və təhlükəli tullantılar barədə məlumatlı olmaq;
  • Texniki bülletenləri öyrənmək, peşə fəaliyyətinə dair tələb olunan təlimlərdə iştirak etmək;
  • Nəqliyyat vasitəsində yaranan problemlərin simptomunu, hansı səbəblərdən yaranmasını müəyyən etmək və bu simptomların təkrar olunmamasını təmin etmək məqsədilə tələb olunan diaqnostika prosedurlarını tətbiq etmək; 
  • Təmir üçün tətbiq olunan yeni sistemlər və alətlər barədə məlumatlı olmaq və bu barədə Xidmət Mərkəzinin rəhbərinə məlumat vermək;
  • Alət və avadanlıqlardan təlimatlara uyğun istifadə etmək, sıradan çıxmış alətlər ilə bağlı Xidmət Mərkəzinin rəhbərinə məlumat vermək;
  • Təmir işlərinin bitmə vaxtını iş kartında qeyd etmək;
  • Təmir işlərin aparılmasına zərurət yarandıqda əlavə ehtiyat hissələrinin anbarda olub-olmamasını müəyyən etmək üçün Ehtiyat hissələri şöbəsinin əməkdaşları ilə sıx əməkdaşlıq etmək;
  • Təhvil alınmış alətlərə və avadanlıqlara lazımi qulluq göstərmək, öhdəliyində olan alət və avadanlıqların saz vəziyyətdə olmasına nəzarət etmək və sıradan çıxmış alət və avadanlıqları tələb olunan formada təhvil verib yenisi ilə əvəz edilməsini, habelə iş sahəsinin təmiz saxlanılmasını təmin etmək;
  • İş kartında qeyd olunmuş təmir və nizamlanma işlərini tələb olunan standartlara uyğun aparılmasını təmin etmək;
  • Xidmət Mərkəzinin rəhbəri tərəfində verilmiş digər tapşırıqları yerinə yetirmək.

Bu vakansiya bəy namizədlər üçün nəzərdə tutulmuşdur, həmçinin tələblərə uyğun olmayan və “subject” bölməsində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” - lərə baxılmayacaqdır.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Similar jobs

: