Makromed MMCMakromed MMC

Dərman Vasitələrinin Qeydiyyatı üzrə Menecer

Posted 1 w ago Source: azvak.az ↗
Monthly salary
Salary negotiable
Application deadline
19 iyul 2026

About this role

İş barədə məlumat:

  • Dərman vasitələri və BFMQƏ qeydiyyat proseslərinin “Qeydiyyat Vəsiqəsi” əldə olunana qədər idarə edilməsi və bütün mərhələlər üzrə müşayiəti;

  • Qeydiyyat sənədlərinin ingilis dilində yoxlanılması, tələblərə uyğun şəkildə hazırlanması və qeydiyyat prosesinə təqdim edilməsi;

  • Dövlət qurumları və beynəlxalq tənzimləyici orqanlarla yazışmaların və koordinasiyanın aparılması;

  • Ərizəçi tərəfindən təqdim olunan sənədlərin yoxlanması– struktur, uyğunluq, tamlıq və texniki səhvlərin olub-olmamasını qiymətləndirmək.

  • Əgər sənəddə uyğunsuzluq və ya çatışmazlıq varsa, onu şirkətin RA komandasına bildirmək və düzəliş tələb etmək.

İş şəraiti

  • İş qrafiki: 09:00–18:00, (08:00-17:00;08:30-17:30) həftənin 5 iş günü.

  • Ünvan: Bakı, Svetlana Məmmədova küç.-203C, Nəsimi metrosuna yaxın.

Namizədə tələblər:

  • Ali tibbi və ya əczaçılıq təhsili;

  • Minimum 1 il iş təcrübəsi (dərman vasitələrinin qeydiyyatı sahəsində təcrübə üstünlükdür);

  • Dərman vasitələrinin qeydiyyatı ilə bağlı yerli qanunvericilik barədə biliklərə sahib olmaq;

  • Azərbaycan, ingilis və rus dillərində sərbəst yazmaq və danışmaq bacarığı;

  • MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook, Internet) sərbəst işləmək bacarığı;

  • Yüksək ünsiyyət və təqdimat bacarığı, təşəbbüskarlıq, detallara diqqət və komanda ilə işləmə 

  • bacarığı.

Əlaqə: +994 (55) 707 10 80 

CV-lərinizi mövzu hissəsində “Qeydiyyat üzrə Menecer” yazaraq [email protected] elektron poçt ünvanına göndərin.

Makromed MMC
Makromed MMC
Peşəkar, elmi və texniki fəaliyyətlər

Makromed MMC əczaçılıq və səhiyyə sahəsində ixtisaslaşmış peşəkar konsaltinq şirkətidir. Şirkət dərman vasitələrinin, tibbi vasitələrin, qida əlavələrinin və kosmetik məhsulların qeydiyyatı,…

Similar jobs

See all