CA CFMOTO AzerbaijanCFMOTO Azerbaijan

Digital Marketing & Content Specialist

Bakı Posted 9 h ago Source
Full-time Marketing
Monthly salary
₼1,200 – 1,700
Application deadline
4 sentyabr 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Əsas vəzifələr

Kontent istehsalı

  • CFMOTO motosiklet, ATV, buggy və aksesuarlarının foto/video çəkilişini etmək
  • Instagram Reels, Story, TikTok və YouTube Shorts hazırlamaq
  • CapCut, Canva və ya Adobe proqramlarında video montaj etmək
  • Videolara mətn, subtitr, musiqi və sadə animasiyalar əlavə etmək
  • Məhsul təqdimatı, kampaniya, test ride və sürüş videoları hazırlamaq
  • Azərbaycan dilində düzgün və satış yönümlü mətnlər yazmaq

Sosial media idarəçiliyi

  • Instagram, Facebook, TikTok və YouTube hesablarını idarə etmək
  • Aylıq kontent planı və həftəlik paylaşım cədvəli hazırlamaq
  • Story və Reels paylaşımlarını davamlı şəkildə təşkil etmək
  • Şərhlərə və mesajlara vaxtında cavab vermək
  • Müştəri müraciətlərini satış komandasına ötürmək
  • CFMOTO brend üslubunun bütün paylaşımlarda qorunmasını təmin etmək

Rəqəmsal reklam

  • Meta Ads Manager vasitəsilə reklam kampaniyaları qurmaq
  • WhatsApp, lead, satış və trafik reklamları yaratmaq
  • Hədəf auditoriyaları düzgün müəyyənləşdirmək
  • Reklam büdcəsini idarə və optimizasiya etmək
  • Pixel, remarketing və auditoriya bazaları ilə işləmək
  • Reklam nəticələri üzrə aylıq hesabat hazırlamaq

Satış və marketinq dəstəyi

  • Satış komandası ilə birlikdə prioritet modelləri müəyyənləşdirmək
  • Stokda uzun müddət qalan məhsullar üçün kampaniyalar hazırlamaq
  • Test ride və showroom müraciətlərini artırmaq
  • Yeni modellərin təqdimat planını hazırlamaq
  • Müştəri bazasına uyğun təklif və kampaniyalar yaratmaq
  • Marketinq fəaliyyətlərinin satışa təsirini ölçmək

Tədbirlər və əməkdaşlıqlar

  • Həftəsonu sürüşləri və CFMOTO tədbirlərinin kontentini hazırlamaq
  • Test ride günlərinin təşkilində iştirak etmək
  • Influencer və moto-bloggerlərlə əməkdaşlıq etmək
  • Müştərilərdən foto, video və rəylər toplamaq
  • CFMOTO sahibləri icması üçün kontent və aktivliklər hazırlamaq
  • Alpinestars, Sena, Scorpion EXO və Motorex məhsullarının tanıtımını dəstəkləmək

Mütləq bilməli olduğu proqramlar

  • Meta Business Suite
  • Meta Ads Manager
  • Instagram və TikTok alqoritmləri
  • CapCut
  • Canva
  • Google Analytics
  • Google Ads haqqında baza bilikləri
  • Microsoft Excel

Adobe Premiere Pro və Photoshop bilməsi üstünlükdür.

Namizədə tələblər

  • Digital marketinq və ya SMM sahəsində minimum 2 il təcrübə
  • Portfolio təqdim edə bilməsi
  • Foto və video çəkiliş bacarığı
  • Reklam kampaniyalarını müstəqil idarə edə bilməsi
  • Azərbaycan dilində düzgün yazı qabiliyyəti
  • İngilis və rus dili biliyi üstünlükdür
  • Motosiklet, avtomobil və outdoor mövzularına maraq
  • çəkilişlərə getmək imkanı üstünlükdür

Əsas KPI-lar

  • Aylıq keyfiyyətli kontent sayı
  • Reels və videoların baxış göstəriciləri
  • WhatsApp və satış müraciətlərinin sayı
  • Bir müraciətin reklam xərci
  • Sosial media auditoriyasının artımı
  • Reklam büdcəsinin effektivliyi
  • Kontent və kampaniyalardan yaranan satışlar

 

CA CFMOTO Azerbaijan
CFMOTO Azerbaijan

Similar jobs

See all