I
Monthly salary
Salary negotiable
- Category
- Marketing
About this role
Vəzifə öhdəlikləri:
- Hədəf auditoriyanın təhlili və istehlakçı davranışlarının öyrənilməsi;
- Rəqəmsal mühitdə irəliləmə strategiyasının hazırlanması;
- Kommunikasiya kanallarının müəyyən edilməsi (sosial şəbəkələr, kontekst reklamı, e-mail marketinq və s.);
- SEO/SEM optimizasiyasının həyata keçirilməsi (meta teqlər, sayt strukturu, açar sözlər);
- Reklam kampaniyalarının qurulması və idarə olunması (Google Ads, Meta Ads və s.);
- Françayzerlərin brend qaydalarına riayət olunması;
- Sayt trafikinin artırılması strategiyalarının hazırlanması;
- Müştəri cəlbetmə dəyərinin (CAC), ROMI göstəricisinin (birbaşa satışlar nəzərə alınmadan), göstərim və əhatə dəyərinin hesablanması;
- Abunəçi və izləyici sayının artırılması strategiyalarının hazırlanması;
- Reklam kampaniyalarının optimallaşdırılması;
- Digital bazarın və texnologiyaların monitorinqi;
- Biznes üçün yeni həllər və alətlərin təklif olunması;
- Marketinq strategiyasının və marketinq planının hazırlanması;
- Büdcə, auditoriya xüsusiyyətləri və məhsulun spesifikasına uyğun prioritet reklam kanallarının seçilməsi.
Tələblər:
- Satış sahəsində (kosmetik, geyim və s.) 2–5 il iş təcrübəsi;
- Rus və ingilis dillərini sərbəst bilmək üstünlükdür;
- E-commerce (elektron ticarət) sahəsində praktiki təcrübə;
- SEO, Google Ads, Meta Analytics, GA4 və Shopify üzrə biliklər;
- Excel proqramını yüksək səviyyədə bilmək;
- Böyük həcmli məlumatlarla işləmək bacarığı;
- Diqqətlilik, məsuliyyətlilik, kreativlik və nəticəyönümlülük;
- İşini müstəqil planlaşdırmaq və nəticəyə görə məsuliyyət daşımaq bacarığı;
- Çoxsaylı tapşırıqlar şəraitində komanda ilə işləmək bacarığı.
Şərtlər:
- Əmək haqqı müsahibənin nəticələrinə əsasən müəyyən ediləcək;
- Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- İş qrafiki: 08:00–17:00, həftədə 5 iş günü.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.