Massi Direktor köməkçisi
Posted 19 h ago Source ↗
Category HR
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
MASSİ MMC komandası məsuliyyətli, çevik və inkişaf etməyə həvəsli Direktor köməkçisi axtarır.
Əsas tələblər
- Ali təhsil;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət bacarığı;(müsahibə zamanı yoxlanılacaq)
- İş təcrübəsi tələb olunmur (təcrübəli namizədlərə üstünlük verilir);
- ChatGPT, Gemini, Claude, Microsoft Copilot və digər süni intellekt alətlərindən səmərəli istifadə bacarığı;
- MS Office proqramlarında (Word, Excel, PowerPoint) işləmək bacarığı;
- Yüksək təşkilatçılıq, məsuliyyət, operativlik və məxfiliyə riayət etmək bacarığı;
- Səliqəli görünüş və güclü ünsiyyət bacarıqları.
Vəzifə öhdəlikləri
- Direktorun gündəlik iş qrafikinin və görüşlərinin planlaşdırılması və koordinasiyası;
- Rəsmi məktubların, sənədlərin və təqdimatların hazırlanması;
- Rus və ingilis dillərində yazışmaların və işgüzar ünsiyyətin aparılması;
- Direktor tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi;
- Süni intellekt alətlərindən istifadə etməklə araşdırmaların aparılması, məlumatların hazırlanması və iş proseslərinin optimallaşdırılması;
- Direktorun gündəlik fəaliyyətinə inzibati dəstəyin göstərilməsi.
Təklif edirik
- Əməkhaqqı: 1 200–1 500 AZN (namizədin bilik və bacarıqlarına uyğun olaraq);
- Tam ştat iş qrafiki;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Müasir, dinamik və peşəkar iş mühiti.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya +994 77 374 94 74 nömrəsonin vatsapına göndərin. Cv göndərən zaman təhsil aldığınız müəssənin diplomunu qoşmada göndərməyiniz rica olunur.Məktubun mövzu hissəsində “Direktor köməkçisi” qeyd etməyiniz xahiş olunur.
M 

Massi
Maliyyə və sığorta fəaliyyəti
Massi MMC şirkəti 2019-cu ildən fəaliyyətə başlamışdır. Şirkət Azərbaycanda dünyanın nəhəng avtomobil markalarından olan Toyota, Chevrolet, Volkswagen, Ford və Hyundai avtomobillərinin lizinq yolu…