C Camal LTDCamal LTD

Direktor sürücüsü

Bakı Posted 2 h ago Source
5+ years Logistics
Monthly salary
₼1,000+
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

• İş qrafiki: 6 günlük; ( iş saatı razılaşma ilə) • Əmək haqqı: 1000 AZN (net) • İş yeri: Bakı şəhəri, Binəqədi rayonu • Nahar və korporativ mobil nömrə şirkət tərəfindən təmin edilir • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə • Məzuniyyət və digər sosial təminatlar qanunvericiliyə uyğun şəkildə təqdim edilir • Zərurət yarandıqda ezamiyyət və qeyri-standart iş saatlarında işləməyə hazırlıq • Korporativ etika və məxfilik qaydalarına riayət edilməsi

Qeyd: Sürücü direktorun şəxsi mülkiyyətində olan avtomobili idarə edəcək. Avtomobil iş vaxtından sonra direktorun istifadəsində qalacaq.

Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Öhdəliklər

• Direktoru təyin olunmuş marşrutlar üzrə təhlükəsiz və vaxtında təyinat məntəqəsinə çatdırmaq • Xidməti avtomobilin texniki vəziyyətinə nəzarət etmək və nasazlıqlar barədə vaxtında məlumat vermək • Avtomobilin təmizliyini və səliqəli vəziyyətini təmin etmək • Yanacaq, sığorta və texniki baxış müddətlərini izləmək • Rəhbərlik tərəfindən verilən xidməti tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək • Səfər marşrutlarını əvvəlcədən planlaşdırmaq və mümkün tıxacları nəzərə almaq • Direktora məxsus əmlakdan səmərəli istifadə etmək və məxfiliyi qorumaq

Tələblər

• Yaş: 35-45 • Müvafiq kateqoriyalı etibarlı sürücülük vəsiqəsinə malik olmaq (BC) • Namizədin şəxsi nəqliyyat vasitəsinin olması şərtdir • İş təcrübəsi:  sürücülük təcrübəsi minimum 10 il, Direktor sürücüsü kimi minimum 5 il • Yol hərəkəti qaydalarını mükəmməl bilmək • Bakı şəhəri və ətraf əraziləri yaxşı tanımaq • Məsuliyyətli, intizamlı və punktual olmaq • Konfidensiallıq prinsiplərinə riayət etmək • Xoş görünüşlü və etik davranış qaydalarına əməl etmək • Zərurət yarandıqda qeyri-standart iş qrafiki ilə işləməyə hazır olmaq.
C Camal LTD
Camal LTD
Emal sənayesi

20 ildən artıqdır ki, fəaliyyət göstərən “Camal” LTD şirkəti kiçikdən böyüyə-hər kəsin damaq zövqünə xitab edən ləzzətli dondurmaları ilə istehlakçıların rəğbətini qazanır. “ICELAND” ticarət nişanı…

Similar jobs

See all
Apply