Div Academy Layihələrin İdarə Edilməsi üzrə Yay Təcrübə Proqramı
Posted 18 h ago Source ↗
About this role
Vəzifə Öhdəlikləri
- Layihələrin planlaşdırılması və icrası prosesində aktiv iştirak etmək;
- Layihə planlarının hazırlanması və iş proseslərinin koordinasiyasına dəstək göstərmək;
- Tapşırıqların icra vəziyyətini izləmək və layihə komandasına operativ dəstək vermək;
- Layihə sənədlərinin hazırlanması, yenilənməsi və sistemli şəkildə arxivləşdirilməsində iştirak etmək;
- Görüşlərin, təlimlərin və digər layihə fəaliyyətlərinin təşkilinə dəstək göstərmək, qeydləri aparmaq və görüləcək işlərin koordinasiyasını təmin etmək;
- Layihə komandası və digər maraqlı tərəflərlə effektiv kommunikasiya qurmaq;
- Layihə hesabatlarının və təqdimat materiallarının hazırlanmasına dəstək vermək.
Namizədə Tələblər
- Layihələrin idarə edilməsi sahəsində karyera qurmağa maraqlı olmaq;
- Ali təhsil alan (III–IV kurs) və ya yeni məzun olmaq;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Güclü təşkilatçılıq və vaxtın effektiv idarə olunması bacarığı;
- Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- MS Office proqramlarından (Word, Excel, PowerPoint) istifadə bacarığı;
- Məsuliyyətli, təşəbbüskar, öyrənməyə açıq və inkişaf yönümlü olmaq.
Təcrübə Proqramının Şərtləri
- 4 aylıq təcrübə proqramı;
- Part-time və full-time iştirak imkanı;
- Yol xərclərinin qarşılanması;
- Real layihələr üzərində praktiki iş təcrübəsi qazanmaq imkanı;
- Dinamik və inkişafyönümlü komandanın bir hissəsi olmaq imkanı;
- Təcrübə proqramını uğurla başa vuran iştirakçılar üçün sertifikat.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Div Academy
Təhsil
Div Academy 2021-ci ildə günümüzün tələb olunan proqramlaşdırma dillərini müasir və yaddaqalan metodika ilə öyrədilməsini həyata keçirir. Akademiya IT sektorunda 8 illik təcrübəsi olan "OKmedia LLC"…