Baku Auto Mall Dizayner / SMM mütəxəssis
About this role
Baku Auto Mall-dan vakansiya: Dizayner / SMM mütəxəssis tələb olunur
Vəzifə öhdəlikləri:
– Sosial media üçün post, story və reklam bannerlərinin hazırlanması;
– Instagram, Facebook, TikTok və digər platformalar üçün kontentin hazırlanması və paylaşılması;
– Reels və qısa videoların hazırlanması; Brend vizual üslubunun qorunması;
– Marketinq komandası ilə birgə reklam kampaniyalarının hazırlanması.
Namizədlərə tələblər:
– Təhsil: Vacib deyil
– İş təcrübəsi: 1 ilə kimi
– Adobe Photoshop, Illustrator, Canva və ya Figma proqramlarında işləmək bacarığı;
– CapCut ilə video montaj bacarığı;
– Sosial media trendlərini izləmək və kreativ yanaşma;
– Məsuliyyətli və komanda ilə işləmək bacarığı;
– Portfolio təqdim edilməsi üstünlükdür.
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 10:00-dan 18:00-kimi
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 900 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Dizayner / SMM mütəxəssis” yazaraq (099)955-00-01 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
