Ekspert
Experience 5+ years Category Hospitality
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vəzifə: Sahibkarın nümayəndəsi (İstehsal, Dəyirman, RF Podolsk)
-
İş şəraiti
Podolsk şəhərində yerləşən müasir dəyirman istehsalı müəssisəsində iş. - Azərbaycan və ya Rusiya əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi (işəgötürənin qeydiyyatından asılı olaraq).
- Rəqabətqabiliyyətli əməkhaqqı.
- Ödənişli məzuniyyət.
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
- Zərurət olduqda korporativ mobil rabitə.
- Əməkhaqqı namizədin təcrübəsinə əsasən müsahibə zamanı fərdi qaydada müəyyən edilir.
Öhdəliklər
- Müəssisədə mülkiyyətçinin maraqlarını təmsil etmək.
- İstehsalat intizamına, daxili qaydalara və müəssisə standartlarına nəzarət etmək.
- İstehsal, anbar, logistika və keyfiyyətə nəzarət bölmələrinin fəaliyyətini izləmək və qiymətləndirmək.
- Avadanlıqların, əmlakın və maddi dəyərlərin qorunmasına nəzarət etmək.
- İstehsal planlarının icrasını izləmək, kənarlaşmaların səbəblərini təhlil etmək və onların aradan qaldırılması üçün təkliflər hazırlamaq.
- Bölmə rəhbərləri ilə qarşılıqlı əməkdaşlıq etmək və operativ məsələlərin həllində iştirak etmək.
- Müəssisənin fəaliyyəti, aşkar edilmiş risklər və səmərəliliyin artırılması üzrə təkliflərlə bağlı mülkiyyətçiyə mütəmadi hesabat təqdim etmək.
- Daxili yoxlamalar aparmaq və mülkiyyətçinin tapşırıqlarının icrasına nəzarət etmək.
Tələblər
- Ali təhsil (texniki, iqtisadi və ya idarəetmə sahəsi üstünlükdür).
- Rəhbər, inzibati və ya istehsalat sahəsində minimum 5 il iş təcrübəsi.
- İstehsal müəssisələrində, xüsusilə qida, un və ya taxıl emalı sahəsində iş təcrübəsi arzuolunandır.
- İstehsal prosesləri və müəssisənin idarə olunması prinsiplərini yaxşı bilmək.
- MS Office (xüsusilə Excel, Word) proqramlarında sərbəst işləmək bacarıqı.
- Yüksək məsuliyyət hissi, prinsipiallıq, analitik düşüncə və obyektiv qərarvermə bacarığı.
- Böyük həcmdə məlumatla işləmək və operativ qərarlar qəbul etmək bacarığı.
K
Karat Holding