AE
Amper Elektrik

Elektrik Mühəndisi

Posted 6 d ago Source: jobsearch.az ↗
Monthly salary
Salary negotiable
Category
Security

About this role

Elektrik avadanlıqlarının satışı, layihələndirilməsi və quraşdırılması sahəsində fəaliyyət göstərən Amper MMC komandamıza qoşulacaq peşəkar Elektrik Mühəndisi axtarır.

İş şəraiti

  • İş yeri: Bakı, Azərbaycan
  • İş rejimi: 6 günlük iş həftəsi
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.

​​​​​​​Vəzifə öhdəlikləri

  • Alçaq gərginlikli paylayıcı və idarəetmə panolarının layihələndirilməsi və yığılması prosesinə nəzarət etmək;
  • AutoCAD proqramında birxətli sxemlərin, prinsipial elektrik sxemlərinin və pano daxili yerləşdirmə planlarının hazırlanması və oxunması;
  • Yüksək gərginlikli sistemlər, yarımstansiyalar və kabel xətləri üzrə texniki təhlillərin aparılması;
  • Layihələrin texniki spesifikasiyalara və beynəlxalq standartlara uyğunluğunu təmin etmək;
  • Elektrik avadanlıqlarının və materiallarının seçilməsi, spesifikasiya siyahılarının (BOM) hazırlanması;
  • İstehsalat və sahədə yaranan texniki problemlərin operativ həllində iştirak etmək.

​​​​​​​​​​​​​​Namizədə tələblər

  • Elektrik mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi;
  • AutoCAD proqramında sərbəst işləmək bacarığı;
  • Elektrik panolarının yığılması və iş prinsipləri üzrə dərin texniki biliklər;
  • Yüksək gərginlik avadanlıqları, transformatorlar və mühafizə sistemləri haqqında biliklər;
  • Texniki sənədlər və kataloqlarla işləmək bacarığı;
  • Analitik düşüncə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.

Təklif edirik

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Peşəkar və dinamik iş mühiti;
  • Karyera inkişafı və peşəkar yüksəliş imkanı.

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində "Elektrik Mühəndisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Similar jobs

: