ARArt Right MMC

Elektrik mühəndisi

Bakı Posted 4 h ago Source
3–5 years Engineering
Monthly salary
₼1,500 – 2,500
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vakansiya: Elektrik Mühəndisi

Şirkət: "Art Right" MMC (MEP Şirkəti)

Məkan: Bakı, Azərbaycan

Məşğulluq növü: Tam iş günü

Şirkət Haqqında Qısa Məlumat

"Art Right" MMC bina tikintisi və idarəedilməsi sektorunda mexanika, elektrik və santexnika (MEP) mühəndisliyi xidmətləri göstərən aparıcı şirkətlərdən biridir. Komandamız fərqli miqyaslı layihələrin layihələndirilməsi, quraşdırılması və istismara verilməsi üzrə ixtisaslaşmışdır.

 

Biz Nə Təklif Edirik?

  1. Rəsmi qeydiyyat (Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun).
  2. Rəqabətədavamlı və artan əməkhaqqı (müsahibə əsasında təyin olunacaq).
  3. Peşəkar komandada karyera yüksəlişi imkanları.
  4. Korporativ nömrə və istehsalat ehtiyacları üçün nəqliyyat təminatı.

Müraciət üçün:

Maraqlanan namizədlərdən mövzu hissəsində "Elektrik Müşəndisi" qeyd edərək CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Öhdəliklər

  1. MEP layihələrində elektrik sistemlərinin (güclü və zəif axım) quraşdırılmasına nəzarət etmək.
  2. Elektrik layihə çertyojlarını (AutoCAD/Revit) yoxlamaq və sahədə tətbiqini təmin etmək.
  3. İşlərin tikinti norma və qaydalarına (Milli və Beynəlxalq standartlara) uyğunluğunu yoxlamaq.
  4. Sahə materiallarının tələbnamələrini hazırlamaq və keyfiyyətinə nəzarət etmək.
  5. Podratçı və subpodratçı şirkətlərin iş qrafikinə uyğunluğunu izləmək.
  6. Layihə menecerinə görülmüş işlər barədə gündəlik və həftəlik hesabatlar təqdim etmək.
  7. As-Built (İcraat) sənədlərinin hazırlanmasını və təhvilini təşkil etmək.

Tələblər

  1. Təhsil: Elektrik mühəndisliyi sahəsində ali bakalavr dərəcəsi.
  2. Təcrübə: MEP layihələrində elektrik mühəndisi kimi minimum 3-5 il iş təcrübəsi.
  3. Proqram Bilikləri: AutoCAD mütləqdir (Revit və MS Project arzuolunandır).
  4. Dil Bilikləri: Azərbaycan dili (əla), texniki sənədlərlə işləmək üçün ingilis və ya rus dili bilikləri üstünlükdür.
  5. Layihə oxuma, sxem və xəritələri analiz etmə bacarığı.
  6. Komandada işləmək və gərgin iş qrafikində qərar qəbul etmə qabiliyyəti.
AR
Art Right MMC

Similar jobs

See all
Apply