A
Monthly salary
Salary negotiable
- Category
- Engineering
About this role
Bu vəzifə elektron və elektrik avadanlıqlarının quraşdırılması, texniki xidməti, nasazlıqların diaqnostikası və aradan qaldırılmasını əhatə edir. İşçi istehsalat avadanlıqlarının fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə profilaktik baxışlar keçirir, elektrik sxemləri ilə işləyir və texniki nəzarəti həyata keçirir. Yalnız Cəbrayıl və ətraf bölgələrdə yaşamaq imkanı olan namizədlərin müraciətləri dəyərləndiriləcək.
Müəssisə: Sunbeverage MMC
Ümumi Tələblər
- Elektrik, elektronika və ya avtomatlaşdırma sahəsi üzrə ali və ya orta ixtisas təhsili;
- Elektrik və elektron avadanlıqların quraşdırılması, sazlanması və təmiri sahəsində minimum 1-3 il iş təcrübəsi;
- Elektrik sxemlərini oxumaq və tətbiq etmək bacarığı;
- Ölçü və diaqnostika cihazları ilə işləmək bacarığı;
- Elektrik təhlükəsizliyi qaydaları və əməyin mühafizəsi tələbləri üzrə biliklər;
- Nasazlıqların operativ aşkar edilməsi və problemlərin həlli bacarığı;
- İstehsalat avadanlıqlarının texniki xidməti və profilaktik baxışı üzrə təcrübə;
- Komandada işləmək, məsuliyyətlilik və intizamlılıq
Vəzifə öhdəlikləri:
- Elektron və elektrik avadanlıqlarının quraşdırılması, sazlanması, texniki xidməti və təmirini həyata keçirmək;
- Avadanlıqlarda yaranan nasazlıqları aşkar etmək, diaqnostika aparmaq və problemlərin aradan qaldırılmasını təmin etmək;
- Elektrik sxemlərini oxumaq, təhlil etmək və praktik tətbiqini həyata keçirmək;
- İstehsalat avadanlıqlarının profilaktik baxış və texniki yoxlamalarını aparmaq;
- Kabel xətlərinin, elektrik qoşulmalarının və əlaqə nöqtələrinin sazlığını yoxlamaq;
- Ölçü və test cihazlarından istifadə etməklə avadanlıqların texniki vəziyyətini qiymətləndirmək;
- Avadanlıqların texniki xidmət qrafikinə uyğun fəaliyyətinə nəzarət etmək;
- İşlərin əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına uyğun icrasını təmin etmək;
- Ehtiyat hissələrinin və istifadə olunan materialların uçotunu aparmaq;
- Birbaşa rəhbərlik tərəfindən verilən digər texniki tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Biz nə təklif edirik:
- İş yeri: Cəbrayıl rayonu, İstehsalat sahəsi;
- İş qrafiki: Növbəli qrafik;
- Nahar: Şirkət tərəfindən təmin edilir.
Müraciət üçün CV-nizi “Elektronçu-Cəbrayıl” başlığı ilə Müraciət et düyməsind əqeyd olunan elektron poçt göndərməyinizi xahiş edirik.