Elektronika üzrə Mütəxəssis
About this role
Güclü şirkətdə karyeranızı inkişaf etdirmək istəyirsiniz?
AEM ELEKTRON MMC 2008-ci ildən etibarən Azərbaycanda İT və təhlükəsizlik sistemləri sahəsində fəaliyyət göstərən aparıcı distribütor şirkətlərdən biridir.
Şirkətimiz aşağıdakı istiqamətlər üzrə dünya brendlərinin rəsmi distribütorudur:
- Video-müşahidə və təhlükəsizlik sistemləri
- Şəbəkə avadanlıqları
- Kompüter aksesuarları və İT məhsulları
15-dən çox beynəlxalq brendi təmsil edən komandamızı genişləndirir və Elektronika üzrə Mütəxəssis vəzifəsinə yeni əməkdaş axtarırıq.
Vəzifə öhdəlikləri
- Elektron avadanlıqların fasiləsiz, təhlükəsiz və etibarlı işləməsinin təmin edilməsi;
- Elektron avadanlıqlarda yaranan nasazlıqların diaqnostikası və operativ aradan qaldırılması;
- Elektron sxemlərin təhlili və texniki yoxlamaların həyata keçirilməsi;
- Avadanlıqların etibarlılığının və iş keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsi;
- Yüksək səviyyədə texniki servis xidmətinin təmin edilməsi.
Siz yalnız avadanlıqları təmir etməyəcəksiniz – onların etibarlı və uzunömürlü işləməsini təmin edəcəksiniz.
Namizədə tələblər
- Elektron avadanlıqların təmiri sahəsində minimum 3 il iş təcrübəsi;
- Peşəkar lehimləmə (soldering) bacarığı;
- Elektron sxemləri oxuma və analiz etmə bacarığı;
- Güclü texniki düşüncə və detallara yüksək diqqət;
- Məsuliyyətli, intizamlı və təşkilatçılıq bacarığı.
Rus dili biliyi üstünlük hesab olunur.
Şirkət nə təklif edir?
- Stabil və uzunmüddətli iş imkanı;
- Dünya miqyasında tanınmış brendlərlə işləmək imkanı;
- Peşəkar və dəstəkçi komanda;
- Real karyera və peşəkar inkişaf perspektivi;
- Rəqabətqabiliyyətli əmək haqqı.
CV-nizi "Elektronika üzrə Mütəxəssis" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz:
Güclü komanda güclü mütəxəssislərdən formalaşır. Növbəti komanda üzvümüz məhz Siz ola bilərsiniz!
«AEM ELEKTRON» MMC dünyanın aparıcı şirkətlərinin istehsalı olan videonəzarət və təhlükəsizlik sistemlərinin, şəbəkə avadanlıqlarının, kompüter aksesuarlarının və digər İT məhsulların topdan və…