PPJA MMC

Əmək haqqı üzrə mühasib

Posted 15 h ago Source
Finance
Monthly salary
Salary negotiable
Application deadline
1 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: 5 günlük iş həftəsi, tam iş günü ( 10:00 – 19:00 )
  • Əmək haqqı: Namizədin təcrübə və bacarıqlarına əsasən müəyyən edilir.

Əsas vəzifə öhdəlikləri

  • İşçilərin əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyə, mükafat və digər ödənişlərini düzgün hesablamaq;
  • Əməkhaqqı fondu üzrə aylıq plan-fakt təhlilləri aparmaq və rəhbərliyə hesabat təqdim etmək;
  • Gəlir vergisi, sosial sığorta, işsizlik sığortası və digər tutulmaların düzgün hesablanmasını təmin etmək;
  • Dövlət orqanlarına təqdim edilən əməkhaqqı, vergi, sosial sığorta və statistika hesabatlarını hazırlamaq;
  • e-gov, e-taxes, DSMF və digər elektron sistemlərdə məlumatların düzgün işlənməsini təmin etmək;
  • Əmək müqavilələri, əlavələr və əməkhaqqı dəyişiklikləri üzrə məlumatları vaxtında uçota almaq;
  • Əməkhaqqı üzrə arayış, hesablama cədvəli, ödəniş sənədi və digər sənədləri hazırlamaq;
  • Əməkhaqqı sənədlərinin düzgün saxlanmasını və arxivləşdirilməsini təmin etmək;
  • Daxili audit və yoxlamalar zamanı tələb olunan maliyyə və əməkhaqqı məlumatlarını təqdim etmək;
  • Bank, vergi, sosial sığorta və digər aidiyyəti qurumlarla iş proseslərində iştirak etmək;
  • Rəhbərliyin tapşırığına əsasən mühasibatlıqla bağlı digər xidməti işləri yerinə yetirmək.

Namizədə tələblər

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Əməkhaqqı hesablanması sahəsində praktiki iş təcrübəsi;
  • Azərbaycan Respublikasının əmək, vergi və sosial sığorta qanunvericiliyi üzrə biliklər;
  • Məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyə, mükafat və tutulmaların hesablanması qaydalarını bilmək;
  • e-gov, e-taxes, DSMF və aidiyyəti elektron sistemlərlə işləmə bacarığı;
  • MS Excel proqramında yaxşı işləmə bacarığı;
  • 1C və ya digər mühasibat proqramları ilə iş təcrübəsi üstünlükdür;
  • Böyük işçi sayı olan şirkətlərdə əməkhaqqı hesablanması təcrübəsi üstünlükdür;
  • Restoran, xidmət və ya pərakəndə satış sahəsində iş təcrübəsi üstünlükdür;
  • Diqqətli, məsuliyyətli, analitik düşüncəli və hesabatlılığa önəm verən namizəd olmalıdır;
  • Məlumatların məxfiliyini qorumaq və kommersiya sirrinə riayət etmək bacarığı vacibdir.

Biz nə təklif edirik

  • Stabil və inkişaf edən şirkətdə çalışma imkanı;
  • Peşəkar maliyyə və HR komandası ilə birgə iş mühiti;
  • Əmək qanunvericiliyinə uyğun rəsmi işə qəbul;
  • Karyera və peşəkar inkişaf imkanı;
  • Çoxbrendli restoran idarəetməsi sahəsində praktiki təcrübə qazanmaq imkanı.

CV-nizi “Əmək haqqı üzrə mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. 

P
PJA MMC
Tikinti

PJA MMC iaşə xidmətləri sahəsində fəaliyyət göstərən çoxbrendli şirkətdir. Şirkət Papa Johns Azerbaijan, LVIV Şokolad Evi və Bursa Kebap Evi brendləri üzrə idarəetmə və əməliyyat fəaliyyətini həyata…

Similar jobs

See all
Apply