PPJA MMC

Əməliyyat Meneceri

Posted 20 h ago Source: jobsearch.az ↗
HR
Monthly salary
Salary negotiable
Application deadline
28 iyul 2026

About this role

Ünvan: Bakı şəhəri (bütün restoran şəbəkəsi üzrə səfərlərlə)

Vəzifə öhdəlikləri:

  • Restoran şəbəkəsinin bütün filiallarının gündəlik əməliyyat fəaliyyətinə nəzarət və effektiv idarəetmə;
  • Franchisor tərəfindən müəyyən edilmiş QSC (Keyfiyyət, Xidmət, Təmizlik) standartlarının tam yerinə yetirilməsini təmin etmək;
  • Restoran menecerlərinin fəaliyyətini koordinasiya etmək, onların peşəkar inkişafına dəstək olmaq və motivasiya proqramları tətbiq etmək;
  • Müştəri məmnunluğunu təmin etmək, müştəri rəylərini təhlil etmək və xidmət səviyyəsinin yüksəldilməsi üzrə təkliflər verərək razılaşdırılmış  tədbirlər görmək;
  • Sahəsi üzrə təhlillər aparmaq uyğunsuzlqular barədə rəhbərliyə məlumat verərək həll yolları barədə təklifllər hazırlamaq
  • Restoranların iş prosesində səmərəliliyi artırılması üçün səy göstərmək.
  • Restoranların iş qrafikinin planlaşdırılması və əmkdaşların iş keyfiyyətlərinin qiymətləndirilməsinə iştirak etmək,aidiyyatı üzrə təkliflər vermək.
  • HACCP həmçinin digər yerli və  beynəlxalq sanitariya və qida təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək.

Namizəddən gözləntilər:

  • Restoran və ya qidaçılıq sahəsində minimum 5 illik təcrübə, bunun ən azı 2 ili çoxfiliallı şəbəkədə rəhbər vəzifədə işləmək
  • Franchiza sistemlərinin iş prinsiplərinə dərindən bələdlik;
  • Güclü liderlik və ünsiyyət bacarıqları, böhran anlarında çevik qərar vermə qabiliyyəti;;
  • MS Office proqramlarında, xüsusən Excel-də yüksək səviyyədə işləmə bacarığı;
  • Ezamiyyətlərə hazır olmaq;.

Bizim təkliflərimiz:

  • Rəsmi  əmək haqqı
  • Rəsmi işə qəbul və tam sosial paket;
  • Karyera inkişafı üçün real imkanlar və daxili yüksəliş perspektivləri;
  • Dinamik, innovativ və dəstəkləyici komandada çalışma imkanı.

Əgər siz güclü idarəçilik bacarıqlarına, strateji düşüncə qabiliyyətinə və inkişaf hədəflərinə yönəlmiş bir mühitdə çalışmaq istəyirsinizsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poş ünvanına göndərin. Mövzu hissəsində “Əməliyyat Meneceri” qeyd olunmalıdır.

P
PJA MMC
Tikinti

PJA MMC iaşə xidmətləri sahəsində fəaliyyət göstərən çoxbrendli şirkətdir. Şirkət Papa Johns Azerbaijan, LVIV Şokolad Evi və Bursa Kebap Evi brendləri üzrə idarəetmə və əməliyyat fəaliyyətini həyata…

Similar jobs

See all
Apply