AİŞ
ABB-İnvest İnvestisiya Şirkəti QSC

Əməliyyat Riskləri üzrə Aparıcı Mütəxəssis

Posted 16 h ago Source: jobsearch.az ↗
Monthly salary
Salary negotiable
Category
Finance

About this role

İş şəraiti

  • Şöbə: Risklərin İdarə Edilməsi
  • Şirkət: ABB-Invest
  • Şəhər: Bakı
  • İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00-14:00 nahar vaxtı)
  • Əmək haqqı: Razılaşma əsasında

Vəzifənin məqsədi:

  • Əməliyyat risklərinin idarə olunması və əsas risk sahələrinin müəyyən edilməsi, insidentlərin vaxtında aşkar edilməsi və tədbir planlarının izlənməsinin təmin olunması.

Görəcəyi işlər:

  • Əməliyyat riskləri üzrə gündəlik nəzarəti təşkil etmək və risk mövzularının vaxtında aşkar olunmasını təmin etmək;
  • Proses sahibləri ilə birgə əsas əməliyyat proseslərində risk boşluqlarını müəyyən etmək və aradan qaldırılması üçün tədbirləri koordinasiya etmək;
  • İnsidentlərin idarə edilməsi: qeydiyyat, təsnifat/dərəcələndirmə, səbəb analizi və tədbir planlarının izlənməsi;
  • RCSA nəticələrinin toplanması və konsolidasiyasını həyata keçirmək, əsas risk sahələrini formalaşdırmaq;
  • KRI-lərin izlənməsi və limit pozulmaları üzrə eskalasiya və tədbir planlarının formalaşdırılması;
  • Üçüncü tərəflə proseslərdə əməliyyat risklərini qiymətləndirmək və izləmək.

Uyğun namizəd üçün tələblər:

  • Maliyyə, iqtisadiyyat, menecment, audit və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Əməliyyat riskləri, daxili nəzarət, daxili audit və ya proses idarəetməsi üzrə ən az 1–2 il müvafiq iş təcrübəsi (investisiya şirkəti və ya bank təcrübəsi üstünlükdür);
  • Güclü ünsiyyət və koordinasiya bacarıqları, komanda ilə işləmək qabiliyyəti;
  • Azərbaycan dili – sərbəst; ingilis dili – üstünlükdür;
  • Güclü analitika bacarığı, təqdimat və ofis proqramları ilə işləmək bacarığı.

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və mövzu sətrində “Əməliyyat Riskləri üzrə Aparıcı Mütəxəssis” vəzifəsini qeyd edin.

Similar jobs

: