Əməyin gigiyenası üzrə həkim
About this role
Təsvir
· İşçilərin icbari və dövri tibbi müayinələrini təşkil etmək və nəzarətdə saxlamaq;
· Sürücülərin, kran operatorlarının və ağır texnika idarə edənlərin reys qabağı və ehtiyac olduqda, digər işçilərin alkoqol müayinəsini aparmaq;
· Sahədəki yeməkxana, geyinmə otaqları və sanitar qovşaqların gigiyenik vəziyyətinə nəzarət;
· Sahədə baş verən hər bir bədbəxt hadisənin protokollaşdırılması və dərhal SƏTƏM departamanetinə xəbər verilməsi;
· Müəssisədə işçilərə vaxtaşırı olaraq əsas ilk yardım qaydaları barədə təlimlərin keçirilməsi;
· Ağır xəsarət alan işçinin təcili yardım gələnə qədər stabil saxlanması və sahədən xəstəxanaya təxliyəsinin koordinasiya edilməsi;
· Tibb məntəqəsindəki dərman və tibbi ləvazimatların vaxtı-vaxtında sifarişi və uçotunun aparılması;
· İşçilərin bülletenlərinə (xəstəlik vərəqələrinə) nəzarət və rəhbərliyə tibbi hesabatların təqdim edilməsi;
· SƏTƏM departamenti ilə sıx əməkdaşlıq.
Tələblər
· Ali tibb təhsili;
· Təcili Tibbi Yardım üzrə etibarlı sertifikat. BLS (İlkin Həyat Dəstəyi) və digər yerli və belnəlxalq sertifikatlar üstünlükdür;
· Tikinti sahələrində, istehsalat müəssisələrində və ya Təcili Tibbi Yardım stansiyalarında minimum 2-3 il iş təcrübəsi;
· Yüksəklikdən yıxılma, bədən xəsarətləri, sınıqlar, elektrik vurması, gözə yad cisim düşməsi, yanıqlar və s. zamanı peşəkar ilkin yardım göstərmək bacarığı;
· MS Office proqramlarında (Excel, Word) sərbəst hesabat yazmaq bacarığı.
· Zabrat və Sumqayıt ərazilərinə yaxın yaşayanlara üstünlük veriləcə
"Zireh" Məhdud Məsuliyyətli Cəmiyyəti " Azərsilah" Qapalı Səhmdar Cəmiyyətinə tabe müəssisə. Qabaqcıl korporativ idarəetmə təcrübəsi tətbiq edilməklə rəqabətə davamlılığının, maliyyə-təsərrüfat…